Qərbi Kaspi Universiteti

Universitet

Yoxsulluq Əleyhinə Siyasəti

QƏRBİ KASPİ UNİVERSİTETİN UNİVERSİTETİN YOXSULLUQ ƏLEYHİNƏ SİYASƏTİ

Qərbi Kaspi Universitetin Universitetin Yoxsulluq Əleyhinə Siyasəti

08.006.2021-ci il tarixində Elmi Şurasında №8 saylı protokolu ilə yenilənib

Hal-hazırda yoxsulluğun azaldılması beynəlxalq ictimaiyyət qarşısında duran ümumbəşəri bir problemdir. Əgər, əvvəllər yoxsulluq, əsasən, əhalinin gəlirlərinin səviyyəsi və onun ərzaqla təminatı ilə ölçülürdüsə, hazırda bu məfhum daha geniş məna kəsb edir. Bu gün yoxsulluğun azaldılması, eyni zamanda, əhalinin istehsal resurslarından, o cümlədən torpaqdan, su ehtiyatlarından istifadə etməsi, habelə işlə təmin olunması, təhsil almaq, səhiyyə xidmətlərindən faydalanmaq imkanlarının genişləndirilməsi, bütün səviyyələrdə kişilərlə qadınların hüquq bərabərliyinin təmin edilməsi, infrastruktur və kommunal xidmətlərə olan ehtiyacın ödənilməsi, sanitariya və gigiyena şəraitinin, habelə ətraf mühitin yaxşılaşdırılması, insan üçün layiqli həyat şəraitinin təmin edilməsi deməkdir. Universitetimiz bu yolda fasilə vermədən uğurla addımlayır. Mütəmadi təlimlər, elmi seminarlar, təkmilləşdirmə forumları və s. həyata keçirilir ki, məqsəd əhalinin müxtəlif qruplarının bilik və bacarıqlarının artırılmasıdır.

  • Universitetin start up layihələri vasitəsi ilə ictimaiyyət üçün qrant layihələrinin dəstəklənməsi bizim prioritetlərimizdəndir.
  • Universitetimizdə fəaliyyət göstərən Texnopark vasitəsi ilə qrantlar elan edilir və ictimaiyyətin üçün açıq olur.
  • Yaşadığımız dövr elmi-texniki inkişaf ilə səciyyələnir. Bu isə cəmiyyətin daim müxtəlif təbəqələrinin biliklərə yiyələnməsini tələb edir.
  • Zamanla ayaqlaşmaq üçün Qərbi Kaspi Universiteti (QKU) müxtəlif əhali qrup nümayəndələri üçün kurslar, təlimlər, seminarlar və s. təşkil edir və bu kimi tədbirlərin mütəmadi olmasını hədəfləyir. Təşkil ediləcək təlimlər regionlarda yaşayan işsiz qadınların öz bizneslərini qurmalarına dəstək olacaq.
  • Universitetimiz vasitəsilə əhali elektron kitabxanadan istifadə, ekoloji problemlərin aradan qaldırılması və təbiətin qorunması, yeni texniki avadanlıqların – robotların hazırlanması barədə yeni kompüter proqramları kursları vasitəsi ilə yeni bilik və bacarıqlara yiyələnəcəklər.
  • Universitetə qəbul olmuş valideyn himayəsindən məhrum olan tələbələr respublika qanunvericiliyinə əsasən ödənişsiz təhsil alırlar. Eyni zamanda yaxşı qiymətlərlə oxuyan tələbələr aylıq təqaüdlər alır ki, bu da sosial şəraitin yaxşılaşmasına kömək edir.
  • QKU məzun olmaq üzrə olan və ailəsi yoxsul duruma düşən tələbələrə yardım olaraq dərsdən kənar işlə təmin olunmasında köməklik göstərir.
  • Məzun olmaq üzrə olan və ailəsi yoxsul duruma düşən tələbələr universitet daxilində işlə təmin edilir və bu proses müxtəlif mentorluq proqramlar vasitəsi ilə davam etdirilməsi planlanır.
  • Universitet imkansız tələbələrin həyat fəaliyyətini ciddi diqqət altında saxlayır. Hal-hazırda universitetin növbəti iş planında imkansız tələbələrin sosial–məişət problemlərinin qarşısını almaq üçün müxtəlif layihələr var. Universitetimiz yeməkxanalarında həssas qrupa məxsus tələbələrə endirimli qidalanma imkanı yaradır.