Sevda İsmayılova

Akademik fəaliyyətinin istiqamətləri: Xarici dil (İngilis dilini tədris edir)

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: 

İsmayılova Sevda Məcid qızı 14.04.1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2005-ci ildə E.Şirəliyev adına 274 saylı məktəbi bitirdikdən sonra Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinə qəbul olmuş və 2010-cu ildə həmin universiteti bitirmişdir. 2013-cü ildə təhsilini Qafqaz Universitetinin Ədəbiyyatşünaslıq (Amerika ve Böyük Britaniya üzrə) ixtisası üzrə magistratura pilləsində davam etdirmişdir və 2015-cı ildə oranı fərqlənmə diplomu ilə  bitirmişdir. Müdafiə mövzusu: Cek Londonun qısa hekayələrində Heyvanlar aləmi. 2010-cu ildən etibarən dil kurslarında İngilis dili müəllimi vəzifəsində çalışmışdır. 2017-ci ildən Qərb Universitetində və Kollecində İngilis dili müəllimi vəzifəsində çalışır.

Elmi nəşrlər: 

The World of the Wild in the novel “The Call of the Wild” by Jack London, III International Scientific Conference of Young Researchers,Proceedings, Section IV Philological Sciences, April, 2015