Mexatronİka və robototexnİka mühəndİslİyİ

Proqram: Mexatronika və robototexnika mühəndisliyi üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: Azərbaycan, ingilis və rus dili

Tələbələr sadə maşın elementləri əsasında maşın dinamikası prinsiplərini, daha mürəkkəb maşınların dinamikasını, konstruksiyanın tərkib hissələrinin hərəkətində olan problemlərin analiz üsullarını, müxtəlif proqramlaşdırma paketləri üzrə mühəndis proqramlarının və vərdişlərinin inkişaf etdirilməsini öyrənəcək, həmçinin robot və robototexniki sistemlərin fəaliyyət alqoritmləri və inkişafı, neyron şəbəkələri və süni neyronlar, sabit cərəyan əsasında analoq sxem nəzəriyyəsi, rəqəmsal məntiq nəzəriyyəsi, dəyişən cərəyan əsasında analoq sxemi, maqnit dövrələri və Amper qanunu, maqnit selləri, sellərin sıxlığı, maqnit sahəsinin intensivliyi, müqaviməti, sabitliyi, ardıcıl və paralel maqnit dövrələri və elektrik analoqları, mikrokontrollerin arxitekturası haqqında biliklərə malik olacaqlar.

Qeyd etməliyik ki, Mexatronika və Robototexnika mühəndisliyi ixtisasının daha yaxşı mənimsənilməsi üçün yeni laboratoriya açılmışdır. Tələbələr laboratoriyanın geniş imkanlarından istifadə etməklə bu ixtisasda zəruri bilikləri əldə edə biləcəklər.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı uğurla başa çatdıran məzunlar telekommunikasiya, kompüter, aerokosmik, nəqliyyat sənayelərində və s. fəaliyyət göstərə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

-Azərbaycan tarixi

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Multikulturalizmə giriş

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Azərbaycan Konstitusiyası və hüququn əsasları

-Etika

 

İxtisas-peşə hazırlığı fənləri:

- Riyaziyyat

-Fizika

-Mühəndis qrafikası

-İnformatika

-Həyat fəaliyyətinin təhlükəsizliyi

-Elektrik dövrələrinin nəzəri əsasları

-İstehsalın iqtisadiyyatı və menecmenti

-Elektronikanın əsasları

-Elektron sistemləri və texnologiyaları

-Analoq və rəqəmli elektronika

-Mikroprosessorlu sistemlər

-Telekommunikasiya şəbəkələri və sistemlərinin qurulmasının əsasları

-Sxemotexnikanın əsasları

-Elektrik rabitə nəzəriyyəsi

-Elektrik ölçmələri və vasitələri

-Kommunikasiya sistemləri

-Naqilsiz rabitə texnologiyaları

-Elektrodinamika və radidalğaların yayılması

-Elektrik qida qurğuları

-Siqnallar və sistemlər

-Radioverici, radioqəbuledici və antena qurğuları

-Təsvirlərin qəbulu, emalı və ötürülməsi nəzəriyyəsi

-Radioelektron qurğuların layihələndirilməsi

-Mülk müdafiə

Peşə hazırlığı üçün seçmə fənlər:

-Xüsusi xarici dil

-Neyrokompüterlər

-Kompüter qrafikası və multimedia

-Veb proqramlaşdırılması

-Vizual proqramlaşdırma

-CİS sistemlər

-Riyazi məntiqi məsələlər

-Optik informasiya sistemləri və s.