Западно-Каспийский Университет

НОВОСТИ

  • Главная
  • НОВОСТИ
  • Qərbi Kaspi Universiteti ilə Warmia və Mazury Universiteti (Olsztyn, Polşa) arasında mövcud olan müqaviləyə əsasən, QKU-nun 1 (bir)  tələbəsi 2026/2027-ci tədris ilinin yaz semestrində Polşada təhsil almaq şansı qazanacaq. 

Qərbi Kaspi Universiteti ilə Warmia və Mazury Universiteti (Olsztyn, Polşa) arasında mövcud olan müqaviləyə əsasən, QKU-nun 1 (bir)  tələbəsi 2026/2027-ci tədris ilinin yaz semestrində Polşada təhsil almaq şansı qazanacaq. 

Qərbi Kaspi Universiteti ilə Warmia və Mazury Universiteti (Olsztyn, Polşa) arasında mövcud olan müqaviləyə əsasən, QKU-nun 1 (bir)  tələbəsi 2026/2027-ci tədris ilinin yaz semestrində Polşada təhsil almaq şansı qazanacaq. 

Proqram Haqqında Məlumat 

Təhsil müddəti: 4 ay ( 1 semestr) 
Yaşayış xərclərini qarşılamaq məqsədilə aylıq təqaüd 
Səyahət xərcləri Erasmus+ proqramı tərəfindən qarşılanacaq 

Müsabiqədə İştirak Üçün Tələblər:  

Ekologiya və ekologiya mühəndisliyi üzrə təhsil alan II və III kurs tələbələri və Turizm İşinin Təşkili üzrə təhsil alan II kurs tələbələri iştirak edə bilərlər. 
Müsabiqədə iştirak etmək üçün B2 səviyyədə ingilis dili biliyi mütləqdir. 
Ümumi Orta Müvəffəqiyyət Göstəricisi: 100 üzərindən 75 və daha yüksək 
 

Proqramda iştirak üçün heç bir ödəniş tələb olunmur. Tələbələr ingilis dilində CV və Motivasiya məktublarını erasmus@wcu.edu.az ünvanına göndərə bilər və ya beynəlxalq əlaqələr şöbəsinə (Qərbi Kaspi Universiteti, Əhməd Rəcəbli küçəsi 17 A, 111-ci otaq) yaxınlaşa bilərlər.  

Son müraciət tarixi: 10.10.2026 

Əlavə suallar üçün erasmus@wcu.edu.az elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

wcu