İstanbul Kültür Universitetininss dosenti Qərbi Kaspi Universitetində “Təşkilati davranış” mövzusunda xüsusu kurs keçirəcək.
İstanbul Kültür Universitetinin dosenti Qərbi Kaspi Universitetində “Təşkilati davranış” mövzusunda xüsusu kurs keçirəcək.
Qərbi Kaspi Universitetinin Biznes və İdarəetmə Məktəbində İstanbul Kültür Universitetinin dosenti Gökhan Kırbaç tərəfindən tələbələr üçün xüsusi “Təşkilati davranış” kursu təşkil olunacaq.
Xüsusi kurs çərçivəsində tələbələr təşkilatlarda insan davranışının əsas xüsusiyyətləri, iş mühiti, komanda fəaliyyəti, liderlik, motivasiya və təşkilati proseslərdə davranış amilləri ilə bağlı müasir nəzəri və praktiki yanaşmalarla tanış olacaqlar.
Kurs tələbələrin biznes və idarəetmə sahəsində nəzəri biliklərinin möhkəmləndirilməsi, praktiki bacarıqlarının inkişaf etdirilməsi və beynəlxalq akademik təcrübədən yararlanması baxımından mühüm imkan yaradacaq.
Qərbi Kaspi Universiteti beynəlxalq akademik
əməkdaşlığın inkişaf etdirilməsi, xarici ali təhsil müəssisələrinin mütəxəssislərinin tədris prosesinə cəlb olunması və tələbələrə müasir akademik təcrübənin təqdim edilməsini prioritet istiqamətlərdən biri kimi davam etdirir.
