Западно-Каспийский Университет

Преподаватели

Школа дизайна

Эльнур Расулов

Член Союза художников Азербайджана

Живопись, Роспись, Специфическая роспись в дизайне Особый рисунок в дизайне

+994 12 565 39 74

elnur.rasulov.62@wcu.edu.az

Akademik fəaliyyətinin istiqamətləri:

  • Rəsm
  • Rəngkarlıq

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

28 İyul 1962-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1980-1986-cı illərdə (1980-1982 hərbi xidmətdə olmuşdur). Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində (İndiki Ə.Əzimzadə adına rəssamlıq kolleci) təhsil almışdır. 1986-cı ildə “ Rəsm və Rəsmxət müəllimi “ ixtisası üzrə tam kursu bitirmişdir. 1987-ci ildən müntəzəm olaraq Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Rəssamlar İttifaqının təşkil etdikləri sərgilərdə iştirak etmişdir. 1987-1988-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq təhsili almışdır.1988-1994-cü illərdə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət İncəsənət universitetində təhsil almışdır. 1994-cü ildə tam kursu başa vuraraq “ Rəngkarlıq “ ixtisası almışdır. 2005-ci ildən Azərbaycan Dövlət Rəssamlar İttifaqının “ Rəngkarlıq “ bölməsinin üzvüdür. 2007-ci ildə Bakıda Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda fərdi yaradıcılıq sərgisi təşkil olunmuşdur. 2008-ci ildə Balakən rayon İcra Hakimiyyətinin dəvəti ilə Tarix və Diyarşunaslıq muzeyində fərdi sərgisi keçirilmişdir. 2009-cu ildə Rusiya Federasiyasının V.Lermontov komitəsinin təsis etdiyi K.Meçiyev medalı ilə təltif edilib. 2010-cu ildə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının Dövlət Mədəniyyət Komitəsinin təşkil etdiyi Çərkəz şəhəri Dövlət tarix və diyarşunaslıq muzeyində “ Azərbaycan mənim vətənim “ adlı fərdi yaradıcılıq sərgisi keçirilmişdir. 2010-cu ildə Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi  “ Keçmişdən gələcəyə “ adlı ümumi sərgidə üç əsərlə iştirak etmişdir. 2010-cu ildə Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi “ Şərq rəngləri “ adlı fərdi sərgisi keşirilmişdir. 2011-ci ildə Rusiya Federasiyasının İnquş Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi müştərək sərgidə iştirak etmişdir. 2013-cü ildə Rusiya Federasiyasının Tolyatti şəhər Merliyinin təşkil etdiyi “ Bakıdan hərarətli salamlar “ adlı fərdi sərgisi keçirilmişdir. 2014-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində “ Rəssamların Mərkəzi Sərgilər Evi “ ndə “ Doğma torpağın təranələri adlı fərdi sərgisi keçirilmişdir.