Западно-Каспийский Университет

Преподаватели

Школа высоких технологий и естественных наук

Сабина Гаджиева

Преподаватель

Компьютерная техника и информатика, Системное программирование и операционные системы, Информатика, Архитектура компьютера, Основы криптографии

+994 12 565 39 74

sabina.gajiyeva@wcu.edu.az

İnformasiya texnologiyaları və maşınlar kafedrasının müəllimi

Akademik fəaliyyətinin istiqamətləri:

İnformatika

Ekspert Sistemləri

Biometriya 

Tətbiqi proqram təminatı

Sistem proqramlaşdırılması və əməliyyat sistemləri

Sistem proqram təminatı

Hacıyeva Səbinə Fazil qızı 07 iyun 1994-cü ildə Kürdəmir rayonunda anadan olmuşdur. 2000-2011-ci illərdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 318 saylı orta məktəbdə təhsil almışdır. 2011-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmuşdur. 2015-ci ildə bakalavr pilləsini bitirmiş və 2016-cı ildə Azərbaycan texniki Universitetinin Avtomatika və Komputer texnikası fakültəsinin “Kompüter mühəndisliyi” ixtisasının “Biliklərin əldə olunması” ixtisaslaşması üzrə magistratura pilləsinə daxil olmuşdur. 2018-cü ildə magistratura pilləsini bitirmişdir. 2015-ci ildən 2018-ci ilədək İmişli rayonunda M.Şirinov adlı məktəbdə İnformatika fənnini tədris etmişdir. Hal-hazırda Qərbi Kaspi Universitetində İnformasiya texnologiyaları və maşınlar kafedrasının müəllimidir.

Elmi nəşrlər:

S.F.Hacıyeva.Verilənlər analizinin müasir texnologiyaları. “Bakı Universiteti” nəşriyyatı. 

S.F.Hacıyeva. ”Biometriya və İnformatika” fənn proqramı.