Школа высоких технологий и естественных наук
Сабия Османова
Доктор философии по химии
Общая экология, Промышленная экология, Биосфера и ее охрана
+994 12 565 39 74
sabiya17@wcu.edu.az
Osmanova Səbiyə Fərhad qızı 1999-cu ildə Səbail rayonu 160 saylı orta məktəbi bitirmişdir. 2003-cü ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinin bakalavr pilləsini, 2005-ci ildə “Üzvi kimya” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 2005-ci ildən Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunda başlamışdır. 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Üzvi kimya” ixtisası üzrə aspirantura şöbəsinə qəbul olmuşdur. 2018-ci ildə fəlsəfə doktoru dissertasiyası üzərindəki işi tamamlamış, 2019-cu ildə Azərbaycan Respublikası AAK tərəfindən kimya üzrə fəlsəfə doktoru diplomuna layiq görülmüşdür. AMEA akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi vəzifəsində çalışmaqla bərabər 2011-2017-ci illərdə institutda keçirilən seminarların təşkilatçısı, Beynəlxalq və Respublika konfranslarının əyani iştirakçısı olmuşdur. Hazırda həmin institutda elmlər doktoru səviyyəsində təhsilini davam etdirir və tədqiqatlar aparır.
2018-2020-ci illərdə Azərbaycan British Kollecində keçirilən Elm Festivalında münsiflər heyətinin üzvü kimi, 2019-cu ildə IX-XI sinif şagirdləri arasında keçirilən “Sabahın alimləri” VIII Respublika müsabiqəsində mütəxəssis alim kimi iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun Gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsinin; Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun Gənc alim və mütəxəssislərin 4-cü birgə “Mənim ilk qrantım” müsabiqəsinin; Azərbaycan Milli Elmlər Akademiyası və Belarus Respublikası Dövlət Elm və Texnologiya Komitəsi arasında müştərək layihənin iştirakçısı olub.
S.F.Osmanova 60-dan çox elmi əsərin müəllifidir (5 məqalə Web of Science bazasına daxil). Hazırda Qərbi Kaspi Universitetinin “Ekologiya və ətraf mühit” kafedrasının saathesabı müəllimidir.
Elmi əsərləri:
- Synthesis, computational and biological activity of heteroatomic compounds based on phenylthiourea and acetophenone. Journal of Molecular Structure, 2020, 1221(9); DOI: 10.1016/j.molstruc.2020.128844
- N‐Substituted pyrimidinethione and acetophenone derivatives as a new therapeutic approach in diabetes. Archiv der Pharmazie, DOI: 10.1002/ardp.202000075, p.1-11
- Novel amides of 1,1-bis-(carboxymethylthio)-1-arylethanes: Synthesis, characterization, acetylcholinesterase, butyrylcholinesterase, and carbonic anhydrase inhibitory properties. Journal of Biochemical and Molecular Toxicology, 2018, e22191; DOI:10.1002/jbt.22191
- Новые антиржавейные присадки к смазочным маслам. «Gənc tədqiqatçı», III cild, №2, 2017, s.49-51
- Esters of 1,1-bis-(hydroxycarbonylmethylthio) -1-phenylethane – anti-rust additives to lubricating oils. Chemical Problems, 2017 (15), 4, pp.383-386
- Discovery of potent carbonic anhydrase, acetylcholinesterase, and butyrylcholinesterase enzymes inhibitors: The new amides and thiazolidine-4-ones synthesized on an acetophenone base. Journal of Biochemical and Molecular Toxicology. 2017;00: e21931; DOI: 10.1002/jbt.21931