Западно-Каспийский Университет

Преподаватели

Школа экономики и бизнеса

Садик Эфендиев

Доктора философии по экономике

Управление бизнесом, Методы исследования, Организационное поведение, Лидерство

+994 12 565 39 77

sadiq.efendiyev@wcu.edu.az

     Əfəndiyev Sadiq Qəhrəman oğlu 14 sentyabr 1978-ci ildə Qəbələ rayonu Aydınqışlaq kəndində anadan olmuşdur. İlk təhsilini 1984-1995-ci illərdə Aydınqışlaq kənd orta məktəbində almışdır. 1995-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) “Mühəndis iqtisadiyyatı və idarə edilməsi” fakültəsinə qəbul olmuş və 1999-cu ildə “bakalavr” dərəcəsi alaraq akademiyadan məzun olmuşdur. 1999-cu ildə Akademiyanın bakalavr pilləsini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinə hərbi xidmətə çağrılmış və 2002-ci ildə ordu sıralarından zabit kimi ehtiyata buraxılmışdır.
2004-2005-ci il ərzində təhsilini artırmaq üçün Azərbaycan Müəllimlər İnstitutunun Riyaziyyat və informatika ixtisası üzrə əlavə təhsil almışdır. 2002-ci ildən 2015-ci illər arasında orta məktəblərdə Müdafiə Nazirliyinin təyini əsasında “Hərbi hazırlıq müəllimi”, daha sonra “Riyaziyyat müəllimi” və “Tədris işləri üzrə direktor müavini” vəzifələrində çalışmışdır. 
S.Q.Əfəndiyev işlədiyi illər ərzində elmi-pedoqoji fəaliyyətini davam etdirmək məqsədilə 2008-ci ildə Azərbaycan Texnologiya Universitetinin “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə magistratura pilləsinə qəbul olmuşdur. 2011-ci ildə “magistr” dərəcəsi almış və həmin ildə Azərbaycan Texnologiya Universitetinin “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə fəlsəfə proqramı üzrə doktorantura pilləsinə qəbul olmuşdur. 2014-cü ildə doktorantura pilləsini bitirmişdir. 
Əfəndiyev Sadiq Qəhrəman oğlu doktorantura təhsilini bitirdikdən sonra 2015-ci ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin təyinatına əsasən Azərbaycan Texnologiya Universitetində elmi pedoqoji fəaliyyətə başlamış və “Tədris Şöbəsində İnspektor” vəzifəsinə təyin edilmişdir. Daha sonra o, “Gənc müəllimlərin yetişdirilməsi bölməsinin rəhbəri” vəzifəsində çalışmış və 2016-cı ildən etibarən universitetdə “Magistratura və doktorantura şöbəsinin müdiri” vəzifəsinə təyin edilmişdir. 
S.Q.Əfəndiyev 2015-ci ildən 2021-ci ilin sonunadək Azərbaycan Texnologiya Universitetində inzibati işi ilə yanaşı olaraq İqtisadiyyat və idarəetmə fakültəsinin “Sənayenin iqtisadiyyatı və idarə edilməsi” və “Menecment” kafedralarında 0,5 ştat vahidi ilə baş müəllim vəzifəsinə təyin edilmişdir. Universitetdə inzibati işlə yanaşı olaraq müəllim işlədiyi müddət ərzində bakalavr tələbələri üçün Makroiqtisadiyyat, Mikroiqtisadiyyat, Sosial sferanın iqtisadiyyatı və idarəedilməsi, Əməyin iqtisadiyyatı və sosiologiyası və Ekonometrika fənlərini, magistrantlar üçün Biznes statistikası, Tədqiqat metodları, Əməliyyatlar menecmenti, Qərarqəbuletmədə tədqiqat metodları, Strategiya, təşkilat və innovasiya və Menecment iqtisadiyyatı fənlərini tədris etmişdir.
Universitetdə tədris ilə yanaşı olaraq elmi fəaliyyətlə də məşğul olan S.Q.Əfəndiyev bir çox layihələrdə - Avropa İttifaqının TAIEX proqramında, “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” məqsədilə təşkil edilmiş Trining layihəsində, Dual (ikili) diploma Tədris planlarının uyğunlaşdırılması layihəsində, Azərbaycan Universitetlərində keyfiyyətin artırılması məqsədilə təşkil edilmiş EQAC Alicante Meeting Agenda layihəsində və digər bunun kimi layihələrdə iştirak etmişdir. 
Layihələr çərçivəsində S.Q.Əfəndiyev Avropanın bir sıra ölkələrində - Türkiyədə, Polşada, Almaniyada, İsveçrədə, Avstriyada, Çexiyada, Latviyada, Litvada, Estoniyada və Gürcüstanda fəaliyyət göstərən universitetlərdə olmuşdur. Noyabr ayının 21-27 tarixlərində isə o, Fransada təşkil olunacaq “Azərbaycanda Rektorlar Konfransının yaradılması ECAR” (Establishiment of Rectors Conference in Azerbaijan) layihəsində iştirak etmişdir.
25 noyabr 2000-ci il tarixində Yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi pedoqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Naziri cənab Emin Əmrullayev tərəfindən “Fəxri Fərman”la təltif edilmişdir.
S.Q.Əfəndiyev 2021-ci ilin dekabr ayından etibarən Qərbi Kaspi Universitetində “Elm şöbəsi”nin müdiri vəzifəsinə təyin edilmiş və 2022-ci ilin fevral ayından isə Menecment kafedrasının tam ştat hesablı müəllimi kimi çalışmağa başlamışdır. Hal hazırda o, kafedranın tam ştat müəllimidir və magistrantlara Biznes menecmenti, Tədqiqat metodları, Təşkilati davranış və Liderlik fənlərini tədris edir. 
S.Q.Əfəndiyev elmi tədqiqat işi apardığı müddət ərzində müxtəlif beynəlxalq və respublika səviyyəli elmi-praktiki konfranslarda məruzə ilə çıxış etmiş və tədqiqatin nəticələri üzrə onun ümumilikdə 35 elmi əsəri, o cümlədən xaricdə impakt faktorlu jurnallarda 6 elmi məqaləsi və tezisi dərc edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.
 Əsas elmi nəşrlər: 

1    İnnovasiya yönümlü dayanıqlı iqtisadi inkişafın formalaşdırılmasında investisiya layihələrinin rolunun qiymətləndirilməsi    Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Azərbaycan Universiteti
“Müasir dünyada inteqrasiya və müqavimət prosesləri”
Beynəlxalq Elmi Konfransı
Bakı, 9 iyun 2012, s. 13-15
2    Инновации - основа национальной экономики в условиях глобализации    Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Azərbaycan Universiteti
“Müasir dünyada inteqrasiya və müqavimət prosesləri”
Beynəlxalq Elmi Konfransı
Bakı, 9 iyun 2012, s. 158-162
3    Инновации как основной фактор экономического развития    Azərbaycan Respublikası Təhsil Nazirliyi, 
AMEA-nın İqtisadiyyat İnstitutu,
Sumqayıt Dövlət Universiteti.
“İnnovasiya yönümlü inkişafın sosial-iqtisadi problemləri”
Beynəlxalq Elmi Konfransı
Sumqayıt, 28 sentyabr 2012, s. 103-105