Qərbi Kaspi Universiteti

Universitet

Beynəlxalq Əlaqələr üzrə Prorektor

Prorektorun hüquq və vəzifələri

  • Azərbaycan Respublikasının qanunvericiliyinəUniversitetin Nizamnaməsinə və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici ölkələrin elm və təhsil müəssisələri ilə birbaşa əlaqələrin yaradılması, inkişaf etdirilməsi və həyata keçirilməsi işini təşkil edir.
  • Xarici ölkələrin elm və təhsil müəssisələri, təşkilatlar, beynəlxalq qurumlar və fondlarla birbaşa əlaqələr yaradır, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli müqavilələr bağlayır.
  • Beynəlxalq səviyyəli elm və təhsil layihələrinin hazırlanmasında iştirak edir.
  • Bağlanan beynəlxalq müqavilələr əsasında müəllimlərin, elmi işçilərin, tələbələrin, magistrant və doktorantların mübadiləsinin həyata keçirilməsi işini təşkil edir.
  • Səlahiyyətinə aid olan məsələlər üzrə beynəlxalq tədbirlərdə, konfranslarda, simpoziumlarda, görüşlərdə Universiteti təmsil edir.
  • Beynəlxalq səviyyəli tədbirlərdə ali məktəb nümayəndələrinin iştirakını əlaqələndirir və təmin edir.
  • Təhsil Nazirliyinin müvafiq idarəsi vasitəsilə beynəlxalq proqram və proyektlərdə Universitetin iştirakını təmin etmək üçün əməkdaşlığın üstün istiqamətlərinin hazırlanmasını təşkil edir.
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq edilməsi və əcnəbi tələbələr haqqında onların məlumatlandırılması işini təşkil edir.
  • Universitetə daxil olan əcnəbi tələbələrin müvəqqəti yaşamaq üçün sənədlərinin toplanması və miqrasiya xidmətinə təhvil verilməsi işini təşkil edir.
  • Xarici tələbələrin tədris-tərbiyə və metodiki işlərinə bilavasitə rəhbərlik edir, həmin işlər üçün rektor qarşısında cavabdehlik daşıyır.
  • Xarici ölkələrdə təhsilin quruluşunu, bəzi ölkələrdə tədris-tərbiyə işlərinin məzmun və xüsusiyyətlərini öyrənir və bununla bağlı Universitet rəhbərliyinə təkliflər verir.
  • Əcnəbi tələbələr üçün dərs cədvəllərinin hazırlanmasına və dərslərin gedişinə rəhbərlik edir.
  • Əcnəbi tələbələr üçün kredit sistemi ilə tədrisin təşkilinə (dərsə davamiyyət, çoxballı sistemlə qiymətləndirmə və s.) rəhbərlik edir.
  • Beynəlxalq əlaqələr üzrə təlimati sənəd və əmrlərin hazırlanması işinə rəhbərlik edir.
  • Əcnəbi tələbələr üzrə statistik uçotun aparılmasına rəhbərlik edir.
  • Əcnəbi təhsilalanlarla bağlı əmrlərin hazırlanmasını təmin edir.
  • İcrası məcburi olan əmr, sərəncam və digər yazılı göstərişləri icra edir.
  • Təsisçilər Şurası, Qəyyumlar Şurası, Rektor və Elmi Şura qarşısında hesabatlar verir.
  • Universitet rəhbərliyi tərəfindən ona həvalə edilmiş digər vəzifələri icra edir.

Əlaqə:

Ünvan:Azərbaycan, Bakı, İstiqlaliyyət küçəsi, 31

İndeks: AZ1001

Telefon:+994 12 492 74 18

Faks:+994 12 492 67 01

Email: vicerectorinternational@wcu.edu.az