Ümumi İşlər Üzrə Prorektor
Prorektorun əsas vəzifələri:
- Universitetin maliyyə-təsərrüfat, mədəni-məişət, maddi-texniki, ümumi və kadr işlərinin təşkilinə rəhbərlik edir.
- Universitetin auditoriyalarında, kabinet və laboratoriyalarında, tədris-idman bazalarında, yataqxana və yeməkxanalarda sanitar-gigiyena vəziyyətinin və qayda-qanunun təmin edilməsi işinə rəhbərlik edir.
- Universitetdə tikintiyə, kapital və cari təmir işlərinin aparılmasına rəhbərlik edir.
- Tədris binalarının, laboratoriyaların, auditoriyaların, kabinetlərin, təsərrüfat və mədəni-məişət müəssisələrinin avadanlıqlarla, inventar və materiallarla təmin edilməsinə nəzarət edir.
- Tələbələrin və professor-müəllim heyətinin maddi-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin keçirilməsinə rəhbərlik edir.
- Rektorun tapşırığı ilə maliyyə-təsərrüfat məsələləri üzrə digər müəssisələrlə müqavilələr bağlayır.
- Universitetdə nəşriyyat işinin və mətbəə fəaliyyətinin həyata keçirilməsinə rəhbərlik edir.
- Universitetin kitabxana fondunun modernləşdirilməsi işini təmin edir.
-Əmək haqqının düzgün hesablanması, işdən azad olunma, bir işdən digərinə köçürülmə ilə əlaqədar müraciət edən təhsil işçilərini qəbul edir, kadrların yerləşdirilməsi və onlardan düzgün istifadə olunması məsələlərinə rəhbərlik edir.
- Əməkdaşların işə qəbul olunması, bir vəzifədən digərinə köçürülməsi və işdən azad edilməsi (insan resursları şöbəsinin) fəaliyyətinin təşkilinə rəhbərlik edir.
- Əməkdaşların işə qəbul olunması, bir vəzifədən digərinə köçürülməsi və işdən azad edilməsi ilə bağlı sənədləşmə işlərinin vaxtında həyata keçirilməsinə nəzarət edir.
- Kadrlarla işlərin yekunlarını öyrənir və ümumiləşdirir, kadr axıcılığının, üzrsüz işburaxma hallarını və başqa əmək intizamı pozuntularını təhlil edir, kadrların möhkəmləndirilməsi, aşkar olunmuş nöqsanların aradan qaldırılması haqqında təkliflər verir.
Əlaqə:
Ünvan:Azərbaycan, Bakı, İstiqlaliyyət küçəsi, 31
İndeks: AZ1001
Telefon:+994 12 492 74 18
Faks:+994 12 492 67 01
Email: vicerectorgeneral@wcu.edu.az