Qərbi Kaspi Universiteti

Universitet

Elmi İşlər üzrə Prorektor

Prorektorun hüquq və vəzifələri

  •  Universitetin maliyyə-təsərrüfat, mədəni-məişət, maddi-texniki, ümumi və kadr işlərinin təşkilinə rəhbərlik edir.
  • Universitetin auditoriyalarında, kabinet və laboratoriyalarında, tədris-idman bazalarında, yataqxana və yeməkxanalarda sanitar-gigiyena vəziyyətinin və qayda-qanunun təmin edilməsi işinə rəhbərlik edir.
  • Universitetdə tikintiyə, kapital və cari təmir işlərinin aparılmasına rəhbərlik edir.
  • Tədris binalarının, laboratoriyaların, auditoriyaların, kabinetlərin, təsərrüfat və mədəni-məişət müəssisələrinin avadanlıqlarla, inventar və materiallarla təmin edilməsinə nəzarət edir.
  • Tələbələrin və professor-müəllim heyətinin maddi-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin keçirilməsinə rəhbərlik edir.
  • Rektorun tapşırığı ilə maliyyə-təsərrüfat məsələləri üzrə digər müəssisələrlə müqavilələr bağlayır.
  • Universitetdə nəşriyyat işinin və mətbəə fəaliyyətinin həyata keçirilməsinə rəhbərlik edir.
  • Universitetin kitabxana fondunun modernləşdirilməsi işini təmin edir.
  • Əmək haqqının düzgün hesablanması, işdən azad olunma, bir işdən digərinə köçürülmə ilə əlaqədar müraciət edən təhsil işçilərini qəbul edir, kadrların yerləşdirilməsi və onlardan düzgün istifadə olunması məsələlərinə rəhbərlik edir.
  • Əməkdaşların işə qəbul olunması, bir vəzifədən digərinə köçürülməsi və işdən azad edilməsi (insan resursları şöbəsinin) fəaliyyətinin təşkilinə rəhbərlik edir.
  • Əməkdaşların işə qəbul olunması, bir vəzifədən digərinə köçürülməsi və işdən azad edilməsi ilə bağlı sənədləşmə işlərinin vaxtında həyata keçirilməsinə nəzarət edir.
  • Kadrlarla işlərin yekunlarını öyrənir və ümumiləşdirir, kadr axıcılığının, üzrsüz işburaxma hallarını və başqa əmək intizamı pozuntularını təhlil edir, kadrların möhkəmləndirilməsi, aşkar olunmuş nöqsanların aradan qaldırılması haqqında təkliflər verir.
  • Tabel uçotunun, ezamiyyət qrafiklərinin tərtibi və yerinə yetirilməsinə rəhbərlik edir.
  • Universitetdə kargüzarlıq işinin aparılmasını təmin edir.
  • Universitetin informasiya texnologiyaları mərkəzinin fəaliyyətinə rəhbərlik edir.
  • Universitetin ictimaiyyətlə əlaqələr üzrə xidmət departamentinin fəaliyyətinə rəhbərlik edir.
  • Universitet tələbələrinin asudə vaxtlarını keçirmələri üçün əlverişli şəraitin yaradılmasına rəhbərlik edir.
  • İcrası məcburi olan əmr, sərəncam və digər yazılı göstərişləri icra edir.
  • Rektor və Elmi Şura qarşısında hesabatlar verir.

Əlaqə:

Ünvan:Azərbaycan, Bakı, İstiqlaliyyət küçəsi, 31

İndeks: AZ1001

Telefon:+994 12 492 74 18

Faks:+994 12 492 67 01

Email: vicerectorresearch@wcu.edu.az