Qərbi Kaspi Universitetin Əlverişli və Təmiz Enerji Siyasəti
QƏRBİ KASPİ UNİVERSİTETİN ƏLVERİŞLİ VƏ TƏMİZ ENERJİ SİYASƏTİ
Qərbi Kaspi Universitetin Əlverişli və Təmiz Enerji Siyasəti 08.006.2021-ci il tarixində
Elmi Şurasında №8 saylı protokolu ilə yenilənib.
Öhdəlik 1: Təmiz və əlverişlı enerjidən istifadə
- Yenilənə bilinən, əlverişli və təmiz enerjidən (günəş, külək və s) istifadə etmək üçün elmi araşdırmaların aparılması;
- Yeni tədris binaları və ya infrastruktur layihələrində səmərəli və ekoloji cəhətdən təmiz materiallardan istifadə edilir, ətraf mühitin mühafizəsində yaxından iştirak edilir;
- Günəş panellərində geniş istifadə və istifadə edilən enerji həcmini 10% azaldacağına dair hədəfləyir;
- Yenilənə bilən enerji Startup layihələrinin dəstəklənməsi.
Öhdəlik 2. İnfrastruktur layihələr
- İstilik, tullantı və yanlış vaxtda enerji istifadəsinin mənbələrinin müəyyən edilməsi və smart elektron sistemlərinin tətbiqi;
- Tədris binalarının ətrafında abadlıq işlərinin aparılması, yenilənə bilən enerji laboratoriyaları və avadanlıqların qurulması;
- İnfrastruktur üçün uyğun yeni enerji vektorları, istilik anbarları və təmiz soyutma texnologiyalarını tətbiqi və araşdırılması;
- Smart elektrik sistemlərini tətbiqi; (koridorlar və binaların ətrafındakı işıqlandırma sistemi);
- Marifləndirici materialların hazırlanması və mütəmadi tədbirlərin təşkili.
Öhdəlik 3. Karbon-dioksit tullantılarının azaldılması
- Binaların dam və fasad örtüklərinin izolyasiya edilməsi;
- LED lampaların sayını artırmaq; (gün işığına həssas sistemlərin tətbiqi);
- Tədris binalarının pəncərələrində ikiqat şüşədən istifadə;v Tədris binalarının ətraflarında mütəmadi təmizlik işlərinin aparılması.
Öhdəlik 4 Təhsil və elmi biliklərin verilməsi
- İctimaiyyət üçün açıq dərslərin sayını artırmaq;
- Yerli fermerlərlə təmiz enerjindən istifadənin faydaları barəsində fikir mübadiləsi;
- Yerli və beynəlxalq təşkilatlarla birgə ictimaətə acıq seminar, konfrans və vebinarlar təşkil etmək;
Əlverişli və təmiz enerji sahəsi üzrə iş mexanizmi
№ | Görülən işin məzmunu | İcra müddəti | Məsul struktur bölməsi | Qeyd |
1. | Yenilənə bilinən, əlverişli və təmiz enerjidən (günəş, külək və s) istifadə etmək üçün elmi araşdırmaların aparılması
| 2020-2022 | Dağ Mədəniyyətləri və Landşaftları Tədqiqat İnstitutu | İnkişaf üzrə və elmi işlər üzrə prorektorlar ilə birlikdə |
2. | Yeni tədris binaları və ya infrastruktur layihələrində səmərəli və ekoloji cəhətdən təmiz materiallardan istifadə edəcək, ətraf mühitin mühafizəsində yaxından iştirak
| 2020-2025 | Dağ Mədəniyyətləri və Landşaftları Tədqiqat İnstitutu və Təsərrüfat və Təchizat şöbəsi | İnkişaf üzrə prorektor ilə birlikdə |
3. | Günəş panellərində geniş istifadə və istifadə edilən enerji həcmini 10% azaldacağın hədələyir.
| 2024 | Təsərrüfat və Təchizat şöbəsi | İnkişaf üzrə prorektor ilə birlikdə |
4. | İstilik, tullantı və yanlış vaxtda enerji istifadəsinin mənbələrinin müəyyən edilməsi və smart elektron sistemlərinin tətbiqi
| 2021 | Təsərrüfat və Təchizat şöbəsi | İnkişaf üzrə prorektor ilə birlikdə |
5. | İnfrastruktur üçün uyğun yeni enerji vektorları, istilik anbarları və təmiz soyutma texnologiyalarını tətbiqi və araşdırılması
| Müntəzəm | Təsərrüfat və Təchizat şöbəsi | İnkişaf üzrə prorektor ilə birlikdə |
6. | Smart elektrik sistemlərini tətbiq.
| Müntəzəm | Texnopark, Təsərrüfat və Təchizat şöbəsi | İnkişaf üzrə prorektor ilə birlikdə |
7. | Marifləndirici materialların hazırlanması və mütəmadi tədbirlərin təşkili
| Müntəzəm | Texnopark, Tələbələrlə asudə vaxt fəaliyyətinin təşkili, Tələbə və Məzunların Təcrübə və İnkişaf Mərkəzi və İdman klubunun təşkilatçısı | Elmi işlər üzrə və İnkişaf üzrə prorektorlarla birlikdə |
8. | Binaların dam və fasad örtüklərinin izolyasiya edilməsi | 2023 | Təsərrüfat və Təchizat şöbəsi | İnkişaf üzrə prorektor ilə birlikdə |
9. | LED lampaların sayını artırmaq (gün işığına həssas sistemlərin tətbiqi) | 2020-2025 | Təsərrüfat və Təchizat şöbəsi | İnkişaf üzrə prorektor ilə birlikdə |
10. | Tədris binalarının pəncərələrində ikiqat şüşədən istifadə | 2020-2025 | Təsərrüfat və Təchizat şöbəsi | İnkişaf üzrə prorektor ilə birlikdə |
11. | Tədris binalarının ətraflarında davamlı təmizlik işlərinin aparılması | 2020-2025 | Təsərrüfat və Təchizat şöbəsi | İnkişaf üzrə prorektor ilə birlikdə |
12. | Yenilənə bilən enerji Startup layihələrinin dəstəklənməsi | 2021-2025 | Texnopark, Elm şöbəsi | Elmi işlər üzrə və İnkişaf üzrə prorektorlarla birlikdə |