Западно-Каспийский Университет

Преподаватели

Школа экономики и бизнеса

Ашраф Гасанов

Доктор философии по экономике

Аудит, Финансовые рынки, Финансовый анализ, Управленческий анализ

+994 12 565 39 77

eshref.hesenov@wcu.edu.az

Həsənov Əşrəf Əbülfəz oğlu 16.06.1951-ci il tarixdə Sabirabad şəhərində anadan olmuşdur. 1958-1968-ci illərdə Sabir adına Sabirabad şəhər orta məktəbində təhsil almışdır. 1968-1972-ci illərdə Lenin adına APİ-nin fizika-riyaziyyat fakültəsində ali təhsil almışdır. 1976-1978-ci illərdə SSRİ EA Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunda “Aqrar bölmədə uçot və proqnoz göstəricilərinin EHM-də emalı modelləri” üzrə 2 illik stajartırma kursunu bitirmiş, Elmi Şuranın qərarı ilə əyani aspiranturaya tövsiyə edilmişdir. 1978-1981-ci illərdə SSRİ EA Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunda əyani aspiranturada təhsil almış, 1983-cü ildə “Azərbaycanda aqrar- sənaye birliklərinin optimal strukturunun riyazi modelləri” mövzusunda dissertasiya işini müdafiə etmiş və “iqtisad elmləri namizədi” elmi dərəcəsi almışdır. 1982-1990-cı illərdə AzSSR Dövlət Aqrar-Sənaye Komitəsinin Respublika Hesablama Mərkəzində -proqramçı, sektor müdiri, şöbə müdiri, direktor müavini işləmiş, 1990-cı ildən 1998-ci ilə qədər direktor vəzifəsində çalışmışdır. 1998-2003-cü illərdə kənd təsərrüfatı nazirinin iqtisadi müşaviri işləmiş, 2003-2005-ci illərdə lisenziyalı auditor, 2005-2013-cü illərdə kənd təsərrüfatı nazirinin köməkçisi, 2013-2015-ci illərdə Baş Nazir müavininin köməkçisi işləmişdir. 2015-ci ilin dekabr ayından pensiyadadır.Dövlət qulluğunun baş müşaviridir.

1982-2013-cü illərdə Neft-Kimya Akademiyasında, UNEC-də, Bakı Biznes Universitetində Mühasibat uçotu, İdarəetmə uçotu,Maliyyə bazarları fənləri üzrə saat hesabı qaydada dərslər demişdir. Hazırda Qərbi Kaspi Universitetinin Maliyyə və mühasibat uçotu kafedrasında müəllim işləyir.Bəzi elmi nəşrlər:

  1. 1. Həsənov Ə.Ə. Rəqəmsal iqtisadiyyata keçid və bakalavr təhsili poblemləri. AR Dövlət Statistika Komitəsinin elmi-praktiki konfransının materialları. 22.11.2019
  2. HASSANOV ASHRAF. Features of the economic development model of Azerbaijan and the problems of economic security of enterprises. The scientific and pedagogical news. 2020, № 55.
  3. Гасанов Ащраф Абульфаз оглы. Особенности подхода к экономическому и социальному развитию освобожденных земель Азербайджана. Материалы научно-практической конференции Азербайджанского Союза Экономистов. 10.02. 2021
  4. Гасанов Ащраф Абульфаз оглы.   Основные направления социально-экономического развития Азербайджанской Республики в посткризисном периоде. Материалы Международной научно-практической Конференции Полтавского Государственного Университета(Украина). 07.05.2021.
  5. Həsənov Ə.Ə.  Rəqəmsal iqtisadiyyat şəraitində «Audit»  fənninin tədrisinin aktual məsələləri. AR Auditorlar Palatasının  elmi-praktiki konfransının materialları. 01.09.2021.                                        
  6. Həsənov Əşrəf Əbülfəz oğlu. Azərbaycanda turizmin inkişafında innovasiya menecmenti.

Qərbi KaspiUniversitetinin təşkilatçılığı ilə 11 may 2022-ci il tarixində Ümummilli Lider Heydər Əlirza oölu Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “İqtisadi İnkişafda Qlobal Çağırışlar Və Perspektivlər” mövzusunda respublika elmi-praktiki konfransının materialları. 25.06.2022

  1. Гасанов Ащраф Абульфаз оглы.      Приоритетные проблемы регулирования финансовых рынков.
  2. Qərbi Kaspi  Universitetinin təşkilatçılığı ilə 11 may 2022-ci il tarixində Ümummilli Lider Heydər Əlirza oölu Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “İqtisadi İnkişafda Qlobal Çağırışlar Və Perspektivlər” mövzusunda respublika elmi-praktiki konfransının materialları. 25.06.2022