School of Economics and Business
Ashraf Hasanov
PhD in Economic
Audit, Financial markets, Financial analysis, Management analysis
+994 12 565 39 77
eshref.hesenov@wcu.edu.az
Həsənov Əşrəf Əbülfəz oğlu 16.06.1951-ci il tarixdə Sabirabad şəhərində anadan olmuşdur. 1958-1968-ci illərdə Sabir adına Sabirabad şəhər orta məktəbində təhsil almışdır. 1968-1972-ci illərdə Lenin adına APİ-nin fizika-riyaziyyat fakültəsində ali təhsil almışdır. 1976-1978-ci illərdə SSRİ EA Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunda “Aqrar bölmədə uçot və proqnoz göstəricilərinin EHM-də emalı modelləri” üzrə 2 illik stajartırma kursunu bitirmiş, Elmi Şuranın qərarı ilə əyani aspiranturaya tövsiyə edilmişdir. 1978-1981-ci illərdə SSRİ EA Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunda əyani aspiranturada təhsil almış, 1983-cü ildə “Azərbaycanda aqrar- sənaye birliklərinin optimal strukturunun riyazi modelləri” mövzusunda dissertasiya işini müdafiə etmiş və “iqtisad elmləri namizədi” elmi dərəcəsi almışdır. 1982-1990-cı illərdə AzSSR Dövlət Aqrar-Sənaye Komitəsinin Respublika Hesablama Mərkəzində -proqramçı, sektor müdiri, şöbə müdiri, direktor müavini işləmiş, 1990-cı ildən 1998-ci ilə qədər direktor vəzifəsində çalışmışdır. 1998-2003-cü illərdə kənd təsərrüfatı nazirinin iqtisadi müşaviri işləmiş, 2003-2005-ci illərdə lisenziyalı auditor, 2005-2013-cü illərdə kənd təsərrüfatı nazirinin köməkçisi, 2013-2015-ci illərdə Baş Nazir müavininin köməkçisi işləmişdir. 2015-ci ilin dekabr ayından pensiyadadır. Dövlət qulluğunun baş müşaviridir.
1982-2013-cü illərdə Neft-Kimya Akademiyasında, UNEC-də, Bakı Biznes Universitetində Mühasibat uçotu, İdarəetmə uçotu, Maliyyə bazarları fənləri üzrə saat hesabı qaydada dərslər demişdir. Hazırda Qərbi Kaspi Universitetinin Maliyyə və mühasibat uçotu kafedrasında müəllim işləyir. Bəzi elmi nəşrlər:
1. 1. Həsənov Ə.Ə. Rəqəmsal iqtisadiyyata keçid və bakalavr təhsili poblemləri. AR Dövlət Statistika Komitəsinin elmi-praktiki konfransının materialları. 22.11.2019
2. HASSANOV ASHRAF. Features of the economic development model of Azerbaijan and the problems of economic security of enterprises. The scientific and pedagogical news. 2020, № 55.
3. Гасанов Ащраф Абульфаз оглы. Особенности подхода к экономическому и социальному развитию освобожденных земель Азербайджана. Материалы научно-практической конференции Азербайджанского Союза Экономистов. 10.02. 2021
4. Гасанов Ащраф Абульфаз оглы. Основные направления социально-экономического развития Азербайджанской Республики в посткризисном периоде. Материалы Международной научно-практической Конференции Полтавского Государственного Университета(Украина). 07.05.2021.
5. Həsənov Ə.Ə. Rəqəmsal iqtisadiyyat şəraitində «Audit» fənninin tədrisinin aktual məsələləri. AR Auditorlar Palatasının elmi-praktiki konfransının materialları. 01.09.2021.
6. Həsənov Əşrəf Əbülfəz oğlu. Azərbaycanda turizmin inkişafında innovasiya menecmenti.
Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə 11 may 2022-ci il tarixində Ümummilli Lider Heydər Əlirza oölu Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “İqtisadi İnkişafda Qlobal Çağırışlar Və Perspektivlər” mövzusunda respublika elmi-praktiki konfransının materialları. 25.06.2022
7. Гасанов Ащраф Абульфаз оглы. Приоритетные проблемы регулирования финансовых рынков.
8. Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə 11 may 2022-ci il tarixində Ümummilli Lider Heydər Əlirza oölu Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “İqtisadi İnkişafda Qlobal Çağırışlar Və Perspektivlər” mövzusunda respublika elmi-praktiki konfransının materialları. 25.06.2022