Западно-Каспийский Университет

Преподаватели

Школа экономики и бизнеса

Эльшан Оруджов

Преподаватель

Azərbaycanın iqtisadi inkişaf perspektivləri, Beynəlxalq iqtisadi təşkilatlar, Transmilli korporasiyalar, Regionun iqtisadiyyatı, Sosial sahələrin iqtisadiyyatı, Layihələrin idarə edilməsi, Antiböhranlı idarəetmə, Bələdiyyələrin strateji məqsədləri, Siyasi coğrafiya

+994 12 565 39 77

elshen.orucov@wcu.edu.az

Elşən Orucov Zöhrab oğlu 16 yanvar 1988-ci ildə Qazax rayonu, Qırılı kəndində anadan olmuşdur. 2005-ci ildə məktəbi bitirərək, Azərbaycan Unversitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr pilləsinə daxil olmuş, 2009-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

2009-2010-cu illərdə Naftalanda N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.

2010-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə magistratura pilləsində, 2012-2016-cı illərdə Azərbaycan Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə dissertantura pilləsində təhsil almışdır.  Magistratura dövründə 6 ay müddətinə 2011-ci ildə Fransanın Lil şəhərində “Gənclərlə işin təşkili” sahəsində əlavə təhsil almışdır.

2013-2015-ci illərdə Azərbaycan Universitetində yarımştat müəllim vəzifəsində işləmiş, 2016-2017-ci illərdə “Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycana dəymiş zərərin qiymətləndirilməsi üzrə İşçi Qrupu”nda İngilis və fransız dilləri üzrə mütəxəssis vəzifələrində çalışmışdır.

Hazırda 2012-ci ildən indiyədək ABŞ-nin “World Hope International/Azerbaijan” beynəlxalq humanitar təşkilatında Direktor müavini, eyni zamanda 2021-ci ildən indiyədək Qərbi Kaspi Universitetində saathesabı müəllim vəzifələrində çalışır.

 Əsas elmi nəşrlər: 

·         Orucov, E.Z. Azərbaycan Respublikasının Beynəlxalq Valyuta Fondu ilə müasir əlaqələrinin problemləri // “Müasir dünyada inteqrasiya və elmin aktual problemləri” adlı respublika elmi konfransın materialları, – Lənkəran: Lənkəran Unviersiteti, 22-23 dekabr, – 2017, – s. 194-196.

·          Orucov, E.Z. Azərbaycan Respublikasının Beynəlxalq Valyuta Fondu ilə müasir əlaqələrinin təhlili // – Bakı: Azərbaycan aqrar elmi, – 2018. №2(251), – s. 138-140.

·          Orucov, E.Z. Beynəlxalq Valyuta Fondunun (BVF) qlobal maliyyə böhranları dövründəki (1998-2010) öhdəçiliyi // – Bakı: İpək yolu, – 2017. №1, – s. 83-90.

·          Orucov, E.Z. Beynəlxalq Valyuta Fondu (BVF) qlobal maliyyə böhranları dövründə (1998-2010) // “Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi konfransı” adlı beynəlxalq elmi-praktik konfransın materialları, – Bakı: Qafqaz University, 26-27 aprel, – 2013, – s. 98-99.

·          Orucov, E.Z. Beynəlxalq Valyuta Fondunun maliyyə böhranları ərəfəsindəki rolu // – Bakı: Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri, – 2017. Cild 5, – s. 136-142.

·          Orucov, E.Z. Beynəlxalq Valyuta Fondunun tarixi əsasları və dünya iqtisadiyyatında rolu // – Bakı: Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun elmi əsərləri, – 2017. №4,  – s. 196-201.

·          Orucov, E.Z. Maliyyə böhranları Beynəlxalq Valyuta Fondu və inkişaf etməkdə olan ölkələrin birgə məhsulu kimi // – Bakı: Kooperasiya, – 2019, №1(52), – s. 174-179.

·          Orucov, E.Z. Maliyyə böhranları zamanı Beynəlxalq Valyuta Fondunun inkişaf etməkdə olan ölkələrlə əlaqələri // – Bakı: İpək yolu, – 2017. №4, – s. 56-64.

·         Orucov, E.Z. Qloballaşma: iqtisadi, siyasi və sosial təsirlər. //Gənc Tədqiqatçıların IV respublika elmi-praktik konfransı, (respublika elmi elmi-praktik konfransın materialları), Bakı. 2021

·         Оруджов, Э.З. Глобальная волатильность и финансовая стабильность // – Киев: Економіка & Держава, – 2017. №12, – с. 77-81.

·         Оруджов, Э.З. Влияние международных   потоков   капитала  на кризис в  Юго-Восточной Азии // Вопросы управления и экономики: современное состояние актуальных проблем: сб. ст. по материалам XXV междунар. науч.-практ. конф., – Москва: Интернаука, – 2019. №7(23), – с. 35-38.