İqtisadiyyat və Biznes Məktəbi
Elşən Orucov
Müəllim
Azərbaycanın iqtisadi inkişaf perspektivləri, Beynəlxalq iqtisadi təşkilatlar, Transmilli korporasiyalar, Regionun iqtisadiyyatı, Sosial sahələrin iqtisadiyyatı, Layihələrin idarə edilməsi, Antiböhranlı idarəetmə, Bələdiyyələrin strateji məqsədləri, Siyasi coğrafiya
+994 12 565 39 77
elshen.orucov@wcu.edu.az
Elşən Orucov Zöhrab oğlu 16 yanvar 1988-ci ildə Qazax rayonu, Qırılı kəndində anadan olmuşdur. 2005-ci ildə məktəbi bitirərək, Azərbaycan Unversitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr pilləsinə daxil olmuş, 2009-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
2009-2010-cu illərdə Naftalanda N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
2010-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə magistratura pilləsində, 2012-2016-cı illərdə Azərbaycan Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə dissertantura pilləsində təhsil almışdır. Magistratura dövründə 6 ay müddətinə 2011-ci ildə Fransanın Lil şəhərində “Gənclərlə işin təşkili” sahəsində əlavə təhsil almışdır.
2013-2015-ci illərdə Azərbaycan Universitetində yarımştat müəllim vəzifəsində işləmiş, 2016-2017-ci illərdə “Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycana dəymiş zərərin qiymətləndirilməsi üzrə İşçi Qrupu”nda İngilis və fransız dilləri üzrə mütəxəssis vəzifələrində çalışmışdır.
Hazırda 2012-ci ildən indiyədək ABŞ-nin “World Hope International/Azerbaijan” beynəlxalq humanitar təşkilatında Direktor müavini, eyni zamanda 2021-ci ildən indiyədək Qərbi Kaspi Universitetində saathesabı müəllim vəzifələrində çalışır.
Əsas elmi nəşrlər:
· Orucov, E.Z. Azərbaycan Respublikasının Beynəlxalq Valyuta Fondu ilə müasir əlaqələrinin problemləri // “Müasir dünyada inteqrasiya və elmin aktual problemləri” adlı respublika elmi konfransın materialları, – Lənkəran: Lənkəran Unviersiteti, 22-23 dekabr, – 2017, – s. 194-196.
· Orucov, E.Z. Azərbaycan Respublikasının Beynəlxalq Valyuta Fondu ilə müasir əlaqələrinin təhlili // – Bakı: Azərbaycan aqrar elmi, – 2018. №2(251), – s. 138-140.
· Orucov, E.Z. Beynəlxalq Valyuta Fondunun (BVF) qlobal maliyyə böhranları dövründəki (1998-2010) öhdəçiliyi // – Bakı: İpək yolu, – 2017. №1, – s. 83-90.
· Orucov, E.Z. Beynəlxalq Valyuta Fondu (BVF) qlobal maliyyə böhranları dövründə (1998-2010) // “Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi konfransı” adlı beynəlxalq elmi-praktik konfransın materialları, – Bakı: Qafqaz University, 26-27 aprel, – 2013, – s. 98-99.
· Orucov, E.Z. Beynəlxalq Valyuta Fondunun maliyyə böhranları ərəfəsindəki rolu // – Bakı: Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri, – 2017. Cild 5, – s. 136-142.
· Orucov, E.Z. Beynəlxalq Valyuta Fondunun tarixi əsasları və dünya iqtisadiyyatında rolu // – Bakı: Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun elmi əsərləri, – 2017. №4, – s. 196-201.
· Orucov, E.Z. Maliyyə böhranları Beynəlxalq Valyuta Fondu və inkişaf etməkdə olan ölkələrin birgə məhsulu kimi // – Bakı: Kooperasiya, – 2019, №1(52), – s. 174-179.
· Orucov, E.Z. Maliyyə böhranları zamanı Beynəlxalq Valyuta Fondunun inkişaf etməkdə olan ölkələrlə əlaqələri // – Bakı: İpək yolu, – 2017. №4, – s. 56-64.
· Orucov, E.Z. Qloballaşma: iqtisadi, siyasi və sosial təsirlər. //Gənc Tədqiqatçıların IV respublika elmi-praktik konfransı, (respublika elmi elmi-praktik konfransın materialları), Bakı. 2021
· Оруджов, Э.З. Глобальная волатильность и финансовая стабильность // – Киев: Економіка & Держава, – 2017. №12, – с. 77-81.
· Оруджов, Э.З. Влияние международных потоков капитала на кризис в Юго-Восточной Азии // Вопросы управления и экономики: современное состояние актуальных проблем: сб. ст. по материалам XXV междунар. науч.-практ. конф., – Москва: Интернаука, – 2019. №7(23), – с. 35-38.