Западно-Каспийский Университет

Преподаватели

Школа высоких технологий и естественных наук

Рена Гаджиева

Доктор философии по педагогике, доцент, Заведующий кафедрой информационных технологий

ИКТ в информатике и образовании, Информатика, Основы компьютерной инженерии

+994 12 565 39 74

rena.haciyeva@wcu.edu.az

Akademik fəaliyyətinin istiqamətləri:

  • İnformatika
  • Veb-proqramlaşdırma
  • Kompüter tərcümə proqramları 
  • Kompüter mühəndisliyin əsasları 
  • Sistem proqram təminatı 

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

7 yanvar 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur.  1961-1971-ci illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirmişdir. 1971-1990–cı illərdə Bakı Dövlət Universitetinin Hesablama Mərkəzində laborant, mühəndis, böyük mühəndis, 1990-1997-ci illərdə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecində müəllim, baş müəllim, 1997-ci ildən isə Qərbi Kaspi Universitetinin İnformasiya texnologiyaları və maşınlar kafedrasında baş müəllim və dosent vəzifələrində çalışmışdır. 2007-ci ildə “İnformatika fənninin riyaziyyat və fizika ilə əlaqəli tədrisi yolları” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və pedaqogika üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2011-ci ildən Qərbi Kaspi Universitetinin İnformasiya texnologiyaları və maşınlar kafedrasının müdiri vəzifəsində çalışır. 80-a yaxın elmi əsərin, o cümlədən metodik vəsait, dərslik və elmi məqalələrin müəllifidir.

Elmi nəşrlər: 

  • Abituriyentlərin və tələbələrin test edilməsi - 1995
  • Kompüterlə əlaqəli tədrisin bəzi məsələləri - 1996
  • Proqlaşdırma texnologiyasının kompüterlə əlaqəli tədrisə tətbiqi - 1996
  • Müasir həyatda kompüter və tədris - 1996 
  • "İnformatika" tədrisi üzrə təcrübə - 1997
  • Kompüter təhsilində kompüter dəstəyi təlimatı -1997
  • Fizika məsələlərin həllində kompüterdən istifadə edilməsinin müəyyən xüsusiyyətləri - 1999
  • "İqtisadi informasiyanın kompüter texnologiyası" kursu proqramı - 1998
  • İnformatika və hesablama texnikasının əsasları fənninin digər fənlərlə əlaqəli tədrisinin bəzi məsələləri - 1999
  • "Sistem proqramı" üzrə kurs proqramı- 1999
  • İnformatika ve hesablama texnikasının əsasları fənninin digər fənlərlə əlaqəli tədrisinin bəzi məsələləri - 2000
  • "Alqoritmləşdirmə və proqramlaşdırma" üzrə kurs proqramı - 2000
  • "Proqram paketləri" proqramı - 2000
  • İnformatika təhsili metodikasında bəzi elementlər - 2001
  • Şagirdlərin biliklərinin yoxlanılması - 2001
  • Alqoritmiləşdirmənin əsas elementləri - 2001
  • Turbo Pascal dilində xətti proseslərin proqramlaşdırılması - 2001
  • Mövqe məsələlərinin həllində tətbiq olunan üsullar - 2001
  • İnteraktiv rejimdə şagirdin avtomatlaşdırılmış testi - 2002
  • VPX proqram kabuğunu istifadə edərək məlumat bazalarının inkişaf etdirilməsi - 2002
  • ”Kompüter texnikası və proqramlaşdırma” kursu üzrə   proqram - 2003
  • İnformatikadan 250 test - 2003 
  • Tərsimi həndəsə mövzularının kompüterdə yerinə yetirilməsinin əsas şərtləri - 2003 
  • İnformatika dərslərində iqtisadi məsələlərin həllindən istifadə - 2005 
  • İnformatika və informasiya texnologiyaları fənninin fizika ilə əlaqəli tədrisinə dair - 2006
  • İnformatika və informasiya texnologiyaları fənninin tədrisində bəhsdaxili, bəhslərarası və bölmələrarası əlaqələrin təşkili - 2006 
  • İnformatika fənni ilə riyaziyyat fənni arasında əlaqənin yaradılması - 2007
  • Fənlərarası əlaqə təlimdə inteqrasiya proseslərinin ifadəsi kimi - 2007 
  • Tədris prosesində fənlərarası əlaqələrdən istifadəyə dair - 2007
  • İnteqrasiya proseslərinin tədrisə tətbiqinin bir variantı haqqında - 2008
  • İnformatika fənni üzrə praktik tapşırıqlarn yerinə yetirilmə yolları - 2009
  • İnformatika fənninin tədrisində riyaziyyat fənni elementlərin­dən istifadə fənlərarası əlaqə­nin yaradılması üçün bir zəmindir - 2011
  • İnformatika dərslərində iqtisadi məsələlərin həllindən istifadə - 2012
  • Maliyyə iqtisadi məsələlərin MS Excel elektron cədvəlində yerinə yetirilməsinin yolları - 2012
  • İnternet jurnalistikası - 2012
  • İnformatika fənni üzrə praktik tapşırıqların yerinə yetirilmə yolları - 2013
  • Maliyyə bazarlarında proqram təminatı ilə həll edilən bəzi məsələlər -2015 
  • Siyahı strukturları - 2015
  • Proqramlaşdırma dilləri və informatika - 2016
  • Müasir proqramlaşdırma dilləri - 2016
  • İnformatika və geoinformatika - 2016
  • Proqramlaşdırmanın əsasları - 2016
  • Coğrafi informasiya sistemləri - 2017
  • Rabitə kanalları və siqnalların işlənməsi – 2017
  • İnformatika (metodik vəsait) - 2020
  • Fənlərarası əlaqələrdən istifadə etməklə Veb proqramlaşdırma mövzularının izahında sığorta tariflərinin hesablanması – 2022.
  • Interdisciplinary relationships Integrated into learning - 2022
  • Verilənlərin  Analitik Emalı və Məlumat Təhlili Metodları – 2022
  • Использование межпредметных связей в частности вычислений страховых тарифов при объяснении тем веб-программирования - 2022