Yüksək Texnologiyalar və Təbiət elmləri Məktəbi
Rəna Hacıyeva
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, İnformasiya texnologiyaları kafedrasının müdiri
İnformatika və təhsildə İKT, İnformatika Kompüter mühəndisliyinin əsasları
+994 12 565 39 74
rena.haciyeva@wcu.edu.az
Akademik fəaliyyətinin istiqamətləri:
- İnformatika
- Veb-proqramlaşdırma
- Kompüter tərcümə proqramları
- Kompüter mühəndisliyin əsasları
- Sistem proqram təminatı
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
7 yanvar 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1961-1971-ci illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirmişdir. 1971-1990–cı illərdə Bakı Dövlət Universitetinin Hesablama Mərkəzində laborant, mühəndis, böyük mühəndis, 1990-1997-ci illərdə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecində müəllim, baş müəllim, 1997-ci ildən isə Qərbi Kaspi Universitetinin İnformasiya texnologiyaları və maşınlar kafedrasında baş müəllim və dosent vəzifələrində çalışmışdır. 2007-ci ildə “İnformatika fənninin riyaziyyat və fizika ilə əlaqəli tədrisi yolları” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və pedaqogika üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2011-ci ildən Qərbi Kaspi Universitetinin İnformasiya texnologiyaları və maşınlar kafedrasının müdiri vəzifəsində çalışır. 80-a yaxın elmi əsərin, o cümlədən metodik vəsait, dərslik və elmi məqalələrin müəllifidir.
Elmi nəşrlər:
- Abituriyentlərin və tələbələrin test edilməsi - 1995
- Kompüterlə əlaqəli tədrisin bəzi məsələləri - 1996
- Proqlaşdırma texnologiyasının kompüterlə əlaqəli tədrisə tətbiqi - 1996
- Müasir həyatda kompüter və tədris - 1996
- "İnformatika" tədrisi üzrə təcrübə - 1997
- Kompüter təhsilində kompüter dəstəyi təlimatı -1997
- Fizika məsələlərin həllində kompüterdən istifadə edilməsinin müəyyən xüsusiyyətləri - 1999
- "İqtisadi informasiyanın kompüter texnologiyası" kursu proqramı - 1998
- İnformatika və hesablama texnikasının əsasları fənninin digər fənlərlə əlaqəli tədrisinin bəzi məsələləri - 1999
- "Sistem proqramı" üzrə kurs proqramı- 1999
- İnformatika ve hesablama texnikasının əsasları fənninin digər fənlərlə əlaqəli tədrisinin bəzi məsələləri - 2000
- "Alqoritmləşdirmə və proqramlaşdırma" üzrə kurs proqramı - 2000
- "Proqram paketləri" proqramı - 2000
- İnformatika təhsili metodikasında bəzi elementlər - 2001
- Şagirdlərin biliklərinin yoxlanılması - 2001
- Alqoritmiləşdirmənin əsas elementləri - 2001
- Turbo Pascal dilində xətti proseslərin proqramlaşdırılması - 2001
- Mövqe məsələlərinin həllində tətbiq olunan üsullar - 2001
- İnteraktiv rejimdə şagirdin avtomatlaşdırılmış testi - 2002
- VPX proqram kabuğunu istifadə edərək məlumat bazalarının inkişaf etdirilməsi - 2002
- ”Kompüter texnikası və proqramlaşdırma” kursu üzrə proqram - 2003
- İnformatikadan 250 test - 2003
- Tərsimi həndəsə mövzularının kompüterdə yerinə yetirilməsinin əsas şərtləri - 2003
- İnformatika dərslərində iqtisadi məsələlərin həllindən istifadə - 2005
- İnformatika və informasiya texnologiyaları fənninin fizika ilə əlaqəli tədrisinə dair - 2006
- İnformatika və informasiya texnologiyaları fənninin tədrisində bəhsdaxili, bəhslərarası və bölmələrarası əlaqələrin təşkili - 2006
- İnformatika fənni ilə riyaziyyat fənni arasında əlaqənin yaradılması - 2007
- Fənlərarası əlaqə təlimdə inteqrasiya proseslərinin ifadəsi kimi - 2007
- Tədris prosesində fənlərarası əlaqələrdən istifadəyə dair - 2007
- İnteqrasiya proseslərinin tədrisə tətbiqinin bir variantı haqqında - 2008
- İnformatika fənni üzrə praktik tapşırıqlarn yerinə yetirilmə yolları - 2009
- İnformatika fənninin tədrisində riyaziyyat fənni elementlərindən istifadə fənlərarası əlaqənin yaradılması üçün bir zəmindir - 2011
- İnformatika dərslərində iqtisadi məsələlərin həllindən istifadə - 2012
- Maliyyə iqtisadi məsələlərin MS Excel elektron cədvəlində yerinə yetirilməsinin yolları - 2012
- İnternet jurnalistikası - 2012
- İnformatika fənni üzrə praktik tapşırıqların yerinə yetirilmə yolları - 2013
- Maliyyə bazarlarında proqram təminatı ilə həll edilən bəzi məsələlər -2015
- Siyahı strukturları - 2015
- Proqramlaşdırma dilləri və informatika - 2016
- Müasir proqramlaşdırma dilləri - 2016
- İnformatika və geoinformatika - 2016
- Proqramlaşdırmanın əsasları - 2016
- Coğrafi informasiya sistemləri - 2017
- Rabitə kanalları və siqnalların işlənməsi – 2017
- İnformatika (metodik vəsait) - 2020
- Fənlərarası əlaqələrdən istifadə etməklə Veb proqramlaşdırma mövzularının izahında sığorta tariflərinin hesablanması – 2022.
- Interdisciplinary relationships Integrated into learning - 2022
- Verilənlərin Analitik Emalı və Məlumat Təhlili Metodları – 2022
- Использование межпредметных связей в частности вычислений страховых тарифов при объяснении тем веб-программирования - 2022