Qərbi Kaspi Universiteti

Universitet

Məqsəd 7 : Sərfəli və Təmiz Enerji

“Hamının sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək”

Təhsil

Biz yerli və xarici müəllimlər tərəfindən müasir tədris proqramı ilə yüksək keyfiyyətli təhsilin verildiyi bakalavr və magistr proqramlarında “Sərfəli və təmiz enerji” məqsədi ilə əlaqəli 6 modul təqdim edirik. Bu proqramlar sayəsində tələbələrimizin auditoriyalarda nəzəri biliklərini və müxtəlif sahələrdə praktiki bacarıqlarını artırmağı hədəfləyirik.

Biz nə edirik

Qərbi Kaspi Universiteti alternativ enerji mənbələrindən istifadə məsələsində bölgənin lider təşkilatlarından biridir.  Elmi Mərkəzlərimizdə istifadə olunan enerjinin 100% alternativ enerji mənbələrindən əldə edilir. Eləcə də, Universitetimizdəki Texno Parklayihəsi çərçivəsində tələbələrin və yerli sakinlərin alternativ enerji mənbələri ilə əlaqəli start-up layihələrini təşviq edir və dəstəkləyirik.

Biz həmçinin yerli və beynəlxalq tərəfdaşlarımızla ictimaiyyətə açıq vebinarlar və seminarlar təşkil edirik.

Biz tələbələrimiz və cəmiyyət arasında enerji qənaəti barədə məlumatlılığı artırmağı hədəfləyirik.

Bundan əlavə, Universitetimiz bölgələrdən olan yerli fermerləri tez-tez ziyarət edir, əlverişli və təmiz enerji ilə bağlı təcrübələrini bölüşür.

Enerji istifadəsinə dair təlimatlar

Foto Qalereya

2021

Yenilənəbilən enerji resurslarının geosiyasəti

2020

Bərpa Olunan Enerji Mənbələri - Təmiz Enerji Bağlı Video 

Məqsədlə əlaqəli tədbirlər

Bu məqsədlə bağlı kurslar/modullar:

Təbiət Elmləri

Mühəndislik

Siyasi və Humanitar Elmlər