Qərbi Kaspi Universiteti

Universitet

Məqsəd 1 : Yoxsulluğa son

“Hər yerdə yoxsulluğun bütün formalarına son qoymaq”

“Yoxsulluğa Son” Davamlı İnkişaf Məqsədlərinin əsas prinsiplərindən biridir. İstər Universitet səviyyəsində, istərsə də cəmiyyət səviyyəsində “Yoxsulluğa Son” hədəfinə çatmaq üçün yoxsulluqla mübarizə proqramları yaratdıq.

Təhsil

Biz yerli və xarici müəllimlər tərəfindən müasir tədris proqramı ilə yüksək keyfiyyətli təhsilin verildiyi bakalavr və magistr proqramlarında bu məqsədlə əlaqəli 12 modul təqdim edirik. Bu proqramlar sayəsində tələbələrimizin siniflərdə nəzəri biliklərini və müxtəlif sahələrdə praktiki bacarıqlarını artırmağı hədəfləyirik.

Biz nə edirik?

Zəif inkişaf etmiş ölkələrin vətəndaşları üçün təhsil haqqının ödənilməsi ilə bağlı tam və ya qismən maliyyələşdirilən təqaüd proqramları, eləcə də yerli aztəminatlı ailələrin övladları üçün güzəştli təhsil haqqı təklif edilir. 

Tələbələrimizə təhsil aldıqları müddətdə mentorluq proqramı, eləcə də Tələbə və Məzunların Təcrübə və İnkişaf Mərkəzi vasitəsilə peşə karyeralarına başlamalarına kömək edirik. 

Yoxsulluqla Mübarizə Proqramlarımızla cəmiyyətimizi dəstəkləyirik:

  • Təcrübə, texniki və maliyyə dəstəyimiz sayəsində cəmiyyət tərəfindən önə sürülən layihələrin başlanmasına köməklik göstəririk.

  • Yoxsulluğun minimuma endirilməsi ilə bağlı cəmiyyətə açıq şəkildə seminarlar və vebinarlar təşkil edirik.

  • Yaşlı insanlar üçün pulsuz kompüter təlimləri və kursları təklif edirik.

  • Qadınların cəmiyyətdə rolunun artması prioritetlərimizdən biridir. Bölgələrdə yerli təşəbbüskar qadınları ziyarət edərək təcrübələrimiz vasitəsilə qısa və uzun müddətə iş planları hazırlamalarına kömək edirik.

Fəaliyyətlər:

2021

Almaniyalı mütəxəsis Stefan Kagebeinin "Biznesdə Lobbiçilik" mövzusu üzrə vebinar

Məqsədlə əlaqəli tədbirlər

Təkliflərimiz

 

Bu məqsəd ilə bağlı kurslar/modullar:

 Təbiət Elmləri

Mühəndislik

Siyasi və Humanitar Elmlər