Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

“MÜASiR ENERJi ÇAĞiRiŞLARi” MÖVZUSUNDA ONLAYN SEMiNAR KEÇiRiLƏCƏK

Qərbi Kaspi Universiteti, Beynəlxalq Enerji Xartiyası və enerji üzrə ekspert Pərviz Qəribzadənin birgə təşkilatçılığı ilə “Müasir Enerji Çağırışları” mövzusunda 25 sentyabr saat 15:00-da onlayn seminar keçiriləcək.

Vebinar iki hissədən ibarətdir və ingiliscə baş tutacaq.

Enerji üzrə ekspert Pərviz Qəribzadənin təqdimatında

Vebinarın birinci hissəsinin əsas istiqamətləri:
1. Bərpa olunan enerji ehtiyatları və enerji saxlanması
2. Batareyalar və hidrogen texnologiyası
3. İqlim dəyişkənliyi konteksində nəqliyyat alt sektorundakı karbon emissiyalarının azaldılması

Vebinarın ikinci hissəsi Enerji Xartiyasının nümayəndəsi tərəfindən aparılacaq.
İkinci hissənin əsas istiqamətləri:
1. Enerji Xartiyası Müqaviləsi (EXM)
2. EXM-nin modernləşdirilməsi

Qoşulmaq üçün link:

Join Microsoft Teams Meeting