Qərbi Kaspi Universiteti

Universitet

Məqsəd 16 : Sülh, Ədalət və Səmərəli İnstitutlar

“Ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək”

Təhsil

Biz yerli və xarici müəllimlər tərəfindən müasir tədris proqramı ilə yüksək keyfiyyətli təhsilin verildiyi bakalavr və magistr proqramlarında məqsəd ilə əlaqəli 25 modul təqdim edirik və 600 tələbənin bu modullarda oxumaq imkanı var. Bu proqramlar sayəsində tələbələrimizin auditoriyalarda nəzəri biliklərini və müxtəlif sahələrdə praktiki bacarıqlarını artırmağı hədəfləyirik.

Biz nə edirik?

Qərbi Kaspi Universiteti şəffaflıq və dürüstlük aktına layiqincə cavab verməkdə davam edir. Universitetdəki mövqeyindən asılı olmayaraq, universitet fəaliyyəti ilə bağlı hər hansı bir rüşvət və ya korrupsiya cinayətinə yol verən hər kəs üçün müvafiq qurumlara məlumat veriləcək və onlar Universitetin daxili nizamnaməsinə və milli qanunvericiliyə əsasən cəzalandırılacaqdırlar. 

  • Qərbi Kaspi Universiteti qanunazidd hərəkətlərin hər hansı bir növünün qarşısını almaq üçün bəzi tədbirlər görür;
  • Universitet daxilində potensial risk sahələri müəyyənləşdirilir;
  • Bütün şöbələr və fakültələr tərəfindən həyata keçirilən universitetin bütün fəaliyyətləri üçün dəqiq qeydlər və hesabatlar aparılır;
  • Universitetdə olan proseslərin ildə iki dəfə effektiv şəkildə izlənməsi və qiymətləndirilməsi üçün Nəzarət və Təftiş qrupu fəaliyyət göstərir. 

Bizim rüşvət və korrupsiya ilə bağlı öhdəliyimiz

Məqsədlə əlaqəli tədbirlər

Bu məqsədlə bağlı kurslar/modullar:

Təbiət Elmləri

Mühəndislik

Siyasi və Humanitar Elmlər