Западно-Каспийский Университет

Преподаватели

Эльнара

Эльнара  Газы-заде

Школа политики и социальных наук

Заместитель декана факультета политических и социальных наук

Qazı-zadə Elnara Adil qızı Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdır. Azərbaycan Dövlət Universitetini 1978-ci ildə Tarix,tarixci və ictimai fənlər müəllimi ixtisası üzrə bitirmişdir. 2007-ci ildən Qərbi Kaspi Universitetinin “Politologiya və Beynəlxalq münasibətlər” kafedrasının müəllimi,baş müəllim, dosent, kafedra müdir müavini, kafedra müdiri,dekan müavini, dekan vəzifələrində çalışıb. Hal-hazırda “Politologiya və Beynəlxalq münasibətlər “ kafedrasında dosent vəzifəsində çalışır. Tədris etdiyi fənnlər:Xarici syasət, Azərbaycan Respublikasının xarici siyasəti, Beynəlxalq təşkilatlar, Müasir inteqrasiya prosesləri və s. Elmi işləri: Ali təhsilin bakalavriat səviyyəsi üçün proqramlar hazırlayıb və redaktoru olub: Azərbaycan Respublikasının xarici siyasəti, Beynəlxalq təşkilatlar, Beynəlxalq qeyri-hökumət təşkilatları, Müasir inteqrasiya prosesləri və s. Əsas elmi nəşrlər: Məqalələr: “Понятие и сущность региональной интеграции” Məqalə Elmi xəbərlər №2 , 2012 “Азербайджанская Республика и международные организации” Qərb Universiteti Respublika Elmi –praktik konfransının materialları “Azərbaycan-YUNESKO əlaqələrinin inkişafı mərhələləri” Məqalə Qafqaz University ,Konfrans materialları “Azərbaycan Respublikası və Avropa inteqrasiyası” Qərb Universiteti, Elmi Xəbərlər, ictimai seriya “Beynəlxalq təşkilatlar beynəlxalq münasibətlər sisteminin əsas iştirakçıları kimi” Qərb Universiteti, Elmi Xəbərlər, ictimai seriya “Azərbaycan mədəniyyətinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu”. Respublika Konfransı materialları “Azərbyacan Respublikasının mədəni əməkdaşlığının inkişaf mərhələləri”məqalə “Müstəqil Azərbaycanın xarici siyasət strategiyasının banisi” Respublika Konfransı materialları, “Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində” Respublika Konfransı materialları

Наргиз

Наргиз  Ахундова

Школа политики и социальных наук

Профессор, Доктор исторических наук, Действительный член НАНА по истории

Axundova Nərgiz Çingiz qızı  Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Tarix elmləri doktoru, 2012-ci ildən Qərbi Kaspi Universitetinin Professoru vəzifəsində çalışır. 30.06.2014 Azərbaycan Respublikasının Milli elmlər Akademiyasının Tarix ixtisası üzrə  Müxbir üzv seçilmişdir. 02.05.2017 Azərbaycan Respublikasının Milli elmlər Akademiyasının Həqiqi üzvü seçilmişdir. 110  elmi əsərin  və xaricdə çıxmış  20 elmi əsərlərin  müəllifidir.Beynəlxalq bazarlarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda  6 məqaləsi cap olunub. 30 ildən çox  pedaqojı staji var, 1981-2012-ci ilədək Bakı Dövlət Universiteti, 2012-ci ildən indiyə qədər Qərbi Kaspi Universitetinin professorudur.Azərbaycan Respublikası Milli Elmlər Akademiyası   A.A.Bakixanov adına Tarix İnstitunun şöbə müdiridir. AR Prezidenti yaninda Ali Attestat Komissiyası  Prezidiumunun üzvü.  Rusiya, Orta Asiya elmi jurnallarinin redaksiya heyətinin üzvü. AMEA RH “Sosial elmlər” jurnalının baş redaktoru. Kitabları: 1. Xilafətin dövlət idarəçilik sistemində türklər (VIII-X əsr. ortaları) monoqrafiya. Bakı, Elm, 2004 2. Qafqaz və böyük türk imperiyaları (həmmüəllif) Monoqrafiya. Bakı, 2012 3. Suriya və İraq ƏSDP-in hakimiyyəti altında. Monoqrafiya. Bakı, 2000 4. Asiya və Afrika ölkələri tarixi (feodalizmin meydana gəlməsi və inkişafı). Monoqrafiya, Bakı, 1994 5. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Dərslik. Bakı, 2009 6. Asiya və Afrika ölkələrinin çağdaş tarixi (iki hissə həmmüəllif) 2006, 2008. Dərslik, Bakı 7.Asiyanin ərəb ölkələrinin çağdaş tarixi (həmmüəllif). Monoqrafiya. Bakı, 2013 8. Qafqazda ərəb işğallarının siyasi, iqtisadi və dini nəticələri. Qafqaz və qloballaşma-İsveç.məqalə, 2010 9. Ərəblərin Mərkəzi Asiya əhalisi ilə münasibətlərinin bəzi məqamları. MAABİ-nin xəbərləri-Səmərqənd, 2009 10. Xilafətin dağılması və müsəlman dünyasının yeni geopolitik inkişafı -Tarix və onun problemləri-məqalə, Bakı, 2007 11. Türklərin Xilafətdə varlığının siyasi nəticələri-Şərg və Qafqaz- məqalə-Tiflis, 2005 12. Abbasilər xilafətinin siyasi elitasının etnik müxtəlifliyinin formalaşması-Orta əsrlər Şərqi-məqalə, Bakı, 1993 13. Abbasilər Xilafətində türklər haqqında bəzi qeydlər-Türk kültürü-Ankara. məqalə. 1998 14. Ərəb mənbələri türklər haqqında-Tarix və onun problemləri. məqalə, Bakı, 2001 15. Xilafətdə türklərin hərbi yüksəlişində hürrəmilər hərəkatının rolu-Azərbaycan tarixi muzeyi. məqalə.2003 16. Buveyhilər  və xilafət. Monoqrafiya. B.2020

Рашид

Рашид  Джаббаров

Школа политики и социальных наук

Доктора философии по психологии

1997-ci ildə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin psixologiya ixtisası üzrə bakalavr pilləsini, 1999-cu ildə isə magistratura pilləsini fərqləmə diplomu ilə bitirmişdir. 2004-cü ildə “Yeniyetmələrdə özünüdərketmə prosesinin psixoloji təhlili” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2000-ci ildən BDU-nun “Eksperimental psixologiya” elmi-tədqiqat laboratoriyasında elmi işçi, 2008-ci ildən isə böyük elmi işçi vəzifəsində çalışır. Təhsil və şəxsiyyət, şəxsiyyətin özünüdərketməsi və özünügercəkləşdirməsi mövzusunda elmi-tədqiqat işi üzərində çalışır. Müxtəlif beynəlxalq elmi-praktiki konfranslarda iştirak etmişdir. 3 kitabın və 53 elmi məqalənin müəllifidir. 2006-cı ildən hal-hazıra kimi psixologiya elmləri üzrə Dissertasiya Şurasının elmi katibidir.1993-1997-ci illərdə BDU-nun sosial elmlər və psixologiya fakültəinin bakalavr, 1997-1999-cu illərdə həmin fakültənin psixologiya üzrə magistraturasını birimişdir.  2004, psixol.e.n «Yeniyetmələrdə özünüdərketmə prosesinin psixoloji təhlili». 2000, Elmi işçi,  2008, Böyük elmi işçi. 2000-2008, elmi işçi, Eksperimental psixologiya laborotosiyası «ETL». 2008 – böyük elmi işçi.Apardığı dərslər: Ümumi psixologiya, Yaradıcılıq psixologiyası, Pedaqoji psixologiya. Qərbi Kaspi Universitetində Magistratura diplom müdafiəsi üzrə komissiya sədridir. Həmçinin magistratura üzrə diplom işlərinə rəhbərlik edir. Tədqiqat sahəsi: Təhsil və şəxsiyyət, şəxsiyyətin özünündərketməsi və özününgercəkləşdirməsi. Seçilmiş əsərləri 2000, Özünüdərketmə probleminin genezisi və psixoloji mahiyyəti haqqında müxtəlif yanaşmaların təhlili.  2001, Müxtəlif psixoloji məktəblərdə kreativlik anlayışının konseptual əsaslarının tədqiqi.  2004, Yeniyetmələrdə ölüm haqqında təsəvvürlərin onların özündərketməsinə təsiri  2005, Təhsilin şəxsiyyətin özünügercəkləşdirməsində rolu  2005, Kiçik yaşlı məktəblilərdə iradi keyfiyyətlərin inkşaf etdirilməsi yolları  2006, Təhsildə şəxsiyyətin psixoloji sağlamlığı problemi.  2007, Təhsildə imtahan stressi və onun korreksiyası yolları.  2008, Özünügerçəkləşdirə bilən şəxsiyyətin psixoloji keyfiyyətləri 2010, Şəxsiyyətin özünügerçəkləşdirməsinin meyarları və modelləri // Psixologiya jurnalı, № 1, səh.3-16 2010, Şəxsiyyətin özünügerçəkləşdirməsinin səviyyələrinə dair // Psixologiya jurnalı, № 2, səh.110-120 2010, Şəxsiyyətin özünügerçəkləşdirməsinin fəlsəfi tədqiqi istiqamətləri // Bakı Dövlət Universitetinin Elmi Xəbərləri, Humanitar elmlər seriyası, № 2, s.145-155 2010, Şəxsiyyətin özünügerçəkləşdirməsi və həyat planları // Təhsil Problemləri İnstitutunun Elmi Əsərləri, №4, s.123-130 Kitablar: 2008, Təhsildə şəxsiyyət problemi Beynəlxalq seminar, simpozium və konfranslarda iştiraki 2006, Bakı, Azərbaycan; “Millətlərarası ünsiyyət dili kimi rus dilinin əhəmiyyəti və onun müasir şəraitdə Azərbaycanın ictimai-siyasi, mədəni və iqtisadi inkişafına təsir imkanlarına dair” Beynəlxalq elmi-praktiki konfrans