Siyasi və İctimai elmlər Məktəbi
Psixologiya üzrə fəlsəfə doktoru
1997-ci ildə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin psixologiya ixtisası üzrə bakalavr pilləsini, 1999-cu ildə isə magistratura pilləsini fərqləmə diplomu ilə bitirmişdir. 2004-cü ildə “Yeniyetmələrdə özünüdərketmə prosesinin psixoloji təhlili” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2000-ci ildən BDU-nun “Eksperimental psixologiya” elmi-tədqiqat laboratoriyasında elmi işçi, 2008-ci ildən isə böyük elmi işçi vəzifəsində çalışır.
Təhsil və şəxsiyyət, şəxsiyyətin özünüdərketməsi və özünügercəkləşdirməsi mövzusunda elmi-tədqiqat işi üzərində çalışır. Müxtəlif beynəlxalq elmi-praktiki konfranslarda iştirak etmişdir. 3 kitabın və 53 elmi məqalənin müəllifidir. 2006-cı ildən hal-hazıra kimi psixologiya elmləri üzrə Dissertasiya Şurasının elmi katibidir.1993-1997-ci illərdə BDU-nun sosial elmlər və psixologiya fakültəinin bakalavr, 1997-1999-cu illərdə həmin fakültənin psixologiya üzrə magistraturasını birimişdir. 2004, psixol.e.n «Yeniyetmələrdə özünüdərketmə prosesinin psixoloji təhlili». 2000, Elmi işçi,
2008, Böyük elmi işçi. 2000-2008, elmi işçi, Eksperimental psixologiya laborotosiyası «ETL». 2008 – böyük elmi işçi.Apardığı dərslər: Ümumi psixologiya, Yaradıcılıq psixologiyası, Pedaqoji psixologiya. Qərbi Kaspi Universitetində Magistratura diplom müdafiəsi üzrə komissiya sədridir. Həmçinin magistratura üzrə diplom işlərinə rəhbərlik edir.
Tədqiqat sahəsi: Təhsil və şəxsiyyət, şəxsiyyətin özünündərketməsi və özününgercəkləşdirməsi.
Seçilmiş əsərləri 2000, Özünüdərketmə probleminin genezisi və psixoloji mahiyyəti haqqında müxtəlif yanaşmaların təhlili. 2001, Müxtəlif psixoloji məktəblərdə kreativlik anlayışının konseptual əsaslarının tədqiqi. 2004, Yeniyetmələrdə ölüm haqqında təsəvvürlərin onların özündərketməsinə təsiri 2005, Təhsilin şəxsiyyətin özünügercəkləşdirməsində rolu 2005, Kiçik yaşlı məktəblilərdə iradi keyfiyyətlərin inkşaf etdirilməsi yolları 2006, Təhsildə şəxsiyyətin psixoloji sağlamlığı problemi. 2007, Təhsildə imtahan stressi və onun korreksiyası yolları. 2008, Özünügerçəkləşdirə bilən şəxsiyyətin psixoloji keyfiyyətləri 2010, Şəxsiyyətin özünügerçəkləşdirməsinin meyarları və modelləri // Psixologiya jurnalı, № 1, səh.3-16 2010, Şəxsiyyətin özünügerçəkləşdirməsinin səviyyələrinə dair // Psixologiya jurnalı, № 2, səh.110-120 2010, Şəxsiyyətin özünügerçəkləşdirməsinin fəlsəfi tədqiqi istiqamətləri // Bakı Dövlət Universitetinin Elmi Xəbərləri, Humanitar elmlər seriyası, № 2, s.145-155 2010, Şəxsiyyətin özünügerçəkləşdirməsi və həyat planları // Təhsil Problemləri İnstitutunun Elmi Əsərləri, №4, s.123-130
Kitablar: 2008, Təhsildə şəxsiyyət problemi
Beynəlxalq seminar, simpozium və konfranslarda iştiraki 2006, Bakı, Azərbaycan; “Millətlərarası ünsiyyət dili kimi rus dilinin əhəmiyyəti və onun müasir şəraitdə Azərbaycanın ictimai-siyasi, mədəni və iqtisadi inkişafına təsir imkanlarına dair” Beynəlxalq elmi-praktiki konfrans