Qərbi Kaspi Universiteti

Universitet

Hüquq Şöbəsi

ŞÖBƏNİN ƏSAS VƏZİFƏLƏRİ

 - Universitetin fəaliyyətinin qanunvericiliyə əsasən həyata keçirilməsini təmin etmək.

- Universitetin fəaliyyətinin normativ-hüquqi bazasının yaradılması işini təşkil etmək.

- Daxili normativ sənədlərin hazırlanmasını təmin etmək və onların hazırlanmasına nəzarət etmək.

- Universitet tərəfindən tələb edilən müqavilələrin hazırlanması işini təşkil etmək, digər hüquqi sənədlərin hazırlanmasını təmin etmək.

- Universitetin hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək.

- Hüquqi təhlil və ekspertiza işini təşkil etmək və həyata keçirmək. Protokol, müqavilə, əmr, sərəncam və digər sənəd layihələrinə rəy vermək.

- Universitetin struktur bölmələri, habelə təşkilatın sərəncamına verilmiş müəssisə, idarə və təşkilatlar tərəfindən hüquqi ekspertiza və normativ-hüquqi təminat işinin aparılması üzərində rəhbərliyi həyata keçirmək.

- Universitetin struktur bölmələrinə və işçilərinə hüquqi məsələlər üzrə göstərişlər və məsləhətlər vermək.

- Qanunvericilikdəki dəyişiklikləri izləyərək Universitetin müvafiq strukturlarını məlumatlandırmaq.

Əlaqə

Anar Rzayev

Şöbə müdiri

Ünvan:Azərbaycan, Bakı, İstiqlaliyyət küçəsi, 31

İndeks: AZ1001

Telefon:+994 12 492 74 18

Faks:+994 12 492 67 01