Qərbi Kaspi Universiteti

Universitet

İnsan resusları Şöbəsi

Şöbə bu Əsasnamə ilə müəyyən olunmuş funksiyaların yerinə yetirilməsi prosesində universitetin digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

- Şöbə öz funksiyalarını həyata keçirmək üçün müvafiq ştamp və möhürə malikdir.

- Şöbənin fəaliyyətinin əsas məqsədi universitetdə insan resursları siyasətinə müvafiq olaraq universiteti vaxtında, vəzifəyə uyğun, layiqli və peşəkar kadrlarla təmin etmək, əməkdaşların peşə hazırlığı səviyyəsinin, nəzəri biliklərinin və bacarıqlarının inkişafı məqsədilə onların təhsilini təşkil etmək, universitetdə daim komanda ruhunun saxlanılmasına, maddi, mənəvi və sosial tələbatların ödənilməsi yolu ilə əməkdaşların motivasiyasının yaxşılaşdırılmasına, onların məhsuldarlığının artırılmasına və universitetə bağlılığına nail olmaqdır.

- Şöbə insan resurslarının idarə edilməsində 3 «R» (right time, right position, right person) prinsipi, yəni, əməkdaşın zamanında uyğun vəzifəyə münasibliyi əsas götürülür.

Şöbənin fəaliyyətindəki əsas xüsusiyyətlər: Universitetin strateji məqsədlərinə və dəyərlərinə uyğun gələn, habelə universitetdə çalışan hər bir kəsdən tələb olunan münasibətlər aşağıdakılardır

 -Dürüstlük;

- Keyfiyyət;

- Bilik;

- İnsanpərvərlik;

- Davamlı inkişaf.   

Şöbə aşağıdakı əsas funksiyaları həyata keçirir:

- Universitetin məqsədlərinə və strateji inkişaf tələblərinə uyğun olaraq, insan resurslarının planlaşdırılmasını təmin edir;

- Beynəlxalq standartlara uyğun olaraq, universitetə kadrların cəlb edilməsi, seçilməsi, işə qəbulu və işdən azad edilməsi üzrə prosedurları həyata keçirir;

- Universitet əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsi və onların motivasiyası prosedurlarını təşkil edir;

- Universitetin strateji məqsədlərinə müvafiq adekvat insan kapitalını formalaşdırmaq və onların mütəmadi inkişafına nail olmaq məqsədilə əməkdaşların müasir treninq və tədris  kurslarında iştirakını təmin edir;

- Universitet əməkdaşlarının karyera planlaşdırılması üzrə prosedurları həyata keçirir. 

Əlaqə:

Ünvan: Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A, AZ1072

Telefon: +994 12 565 39 74