Ümumi və Dövlət Nümunəli Sənədlərlə və Tələblərlə İş Şöbəsi
Tələbələrin məmnuniyyət sorğusu >>
Hazırda Ümumi və Dövlət Nümunəli Sənədlərlə və Tələbələrlə İş Şöbəsi adı altında fəaliyyət göstərən Şöbə 1991-ci ildə yaranmış və bu günədək müxtəlif ad altında fəaliyyət göstərmişdir. Şöbənin fəaliyyətinin əsas məqsədi Universitetdə sənəd dövriyyəsinin, onun icrasına nəzarət işinin müasir elektron sənəd dövriyyəsi sistemini tətbiq etməklə effektiv həyata keçirilməsini təmin etmək və Universitetə qəbul olmuş tələbələrin uçotunu, onlarla əlaqədar sənədləşmə prosesini aparmaqdan ibarətdir.
Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, təhsil qanunvericiliyini, Azərbaycan Respublikasının qüvvədə olan digər normativ-hüquqi aktlarını, Universitetin Nizamnaməsini, Elmi Şuranın qərarlarını, Universitet rektorunun əmr və sərəncamlarını və öz Əsasnaməsini rəhbər tutur.
Ümumi və dövlət nümunəli sənədlərin və tələbələrin qeydiyyatı, tələbələrlə bağlı statistik analiz işləri, tələbələrin bütün sənədləşmə işləri (tələbələrin bərpası, xaric edilməsi, köçürülməsi və s.), tələbələr haqqında bütün əmrlərin “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sisteminə daxil edilməsi bu Şöbə tərəfindən həyata keçirilir.
Şöbə universitetdə aşağıdakı funksiyaları həyata keçirir:
- Universitet üzrə sənəd dövriyyəsini təşkil edərək Universitetə daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyəti üzrə bölüşdürmək;
- Universitetdə sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
- Vətəndaşların və tələblərin müraciətləri üzrə mərkəzləşdirilmiş qaydada kargüzarlıq işini aparmaq;
- Universitetə dövlət orqanlarından daxil olan hüquqi aktların, eyni zamanda vətəndaşların müraciətlərinin icrası barədə aidiyyəti dövlət orqanlarına və Universitetin rəhbərliyinə hesabatları hazırlamaq və təqdim etmək;
- Dövlət İmtahan Mərkəzinin (DİM) xətti ilə bakalavriat və magistratura pillələri üçün sənəd qəbulunu təşkil etmək və həyata keçirmək;
- Universitetin bakalavriat və magistratura pilləsinə qəbul olanların şəxsi işlərini hazırlamaq, qeydiyyata almaq, əmrləşdirmək və təhsil aldığı müddət ərzində sənədləri saxlamaq;
- Şəxsi işə daxil edilməli sənədlərin tam qaydada olunmasına nəzarət etmək;
- Tələbə əmrlərinin işlənməsi, hər bir əmrdən çıxarış yazılması və müvafiq olaraq tələbənin şəxsi işinə tikilməsini həyata keçirmək;
- Tələbə biletlərinin hazırlanması və tələbələrə verilməsi işini təşkil etmək;
- Universitetə köçürülən tələbələr üçün akademik arayışlar hazırlamaq, vermək və qeydiyyata almaq;
- Universitetə bərpa olunanların sənədlərini hazırlamaq və qeydiyyata almaq;
- Universitetdən xaric olunan və yaxud başqa universitetə köçürülən tələbələrin sənədləşmə işlərini hazırlamaq;
- Tələbələrin transkriptlərini hazırlamaq və onlara təqdim etmək;
- Məzunların diplomlarının Təhsil Nazirliyindən alınmasını təmin etmək;
- Diplomların düzgün və vaxtında tərtib edilməsinə nəzarət etmək;
- Diplomların qeydiyyat kitabına salınmasını təmin etmək;
- Məzunlara diplomların verilməsinin təşkil etmək;
- Diploma əlavələri hazırlamaq və məzunlara təqdim etmək;
- Tələbələr haqqında elektron məlumat bankı hazırlamaq;
- Universiteti bitirən məzunların şəxsi işlərini arxivə təhvil vermək;
- Respublika Dövlət Statistika Komitəsinə və Təhsil Nazirliyinə qəbul haqqında rəsmi statistik hesabatları hazırlamaq;
- Şöbəyə daxil olan məktublara və sorğulara vaxtında cavab hazırlamaq və göndərmək.
Mentorluq Xidməti
- Fiziki məhdudiyyəti olan şəxslərin universitet daxilində rahat hərəkət etməsini təmin etmək
- Universitetə yeni daxil olmuş tələbələrin mühitə uyğunlaşmasına kömək etmək
- Yeni tələbələrin universitətlə bağlı suallarına cavab vermək
- Tədirs dövründə onların qarşılaşa biləcəyi problemləri həll etmək
Universitetin mentor və tələbələri bir komanda hesab olunur və onlardan qarşılıqlı olaraq aktiv dinləmə və kommunikasiya gözlənilir. Görüşlər hər iki tərəfin təşəbbüsü ilə dərsdən kənar istənilən vaxt keçirilə bilər.
Əlaqə
Tel: +994 (012) 492 74 18 (daxili 27)