Qərbi Kaspi Universiteti

Universitet

Magistratura və Doktorantura şöbəsi

Qərbi Kaspi Universitetinin Magistratura və Doktorantura şöbəsi ali təhsilin ikinci və üçüncü pillələri üzrə magistratura və doktorantura təhsilinin təşkili, idarə olunması və inkişafını həyata keçirən aparıcı akademik struktur bölmələrindən biridir. Şöbə müasir əmək bazarının tələblərinə cavab verən, elmi-tədqiqat fəaliyyətinə yönəlmiş, innovativ düşüncəyə malik yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirmişdir.

Universitetdə tədris prosesi elmi fəaliyyətlə sıx inteqrasiya olunmuş şəkildə təşkil edilir. Təhsilalanların iş fəaliyyəti və sosial imkanları nəzərə alınaraq dərslərin əsasən axşam saatlarında (18:40–20:00 və 20:10–21:30) keçirilməsi onların vaxtdan səmərəli istifadə etmələrinə və təhsil prosesində fasiləsiz iştirakına əlverişli şərait yaradır.

Magistratura və doktorantura səviyyələrində həyata keçirilən proqramlar müasir dövrün çağırışlarına uyğun olaraq humanitar, sosial, iqtisadi, texniki və təbiət elmlərinin müxtəlif istiqamətlərini əhatə edir.

 

Magistratura proqramları

Humanitar və sosial elmlər

7002001 – Beynəlxalq münasibətlər

  • Beynəlxalq münasibətlər və diplomatiya

 

7002006 – Filologiya

  • Dilşünaslıq (ingilis dili üzrə)
  • Azərbaycan dili
  • Ədəbiyyatşünaslıq (Dünya ədəbiyyatı)

 

7002013 – Psixologiya

  • Sosial psixologiya
  • Klinik (tibbi) psixologiya
  • Məhkəmə psixologiyası

 

7002016 – Tarix

  • Qafqaz xalqları tarixi
  • Orta əsrlər tarixi

İncəsənət və dizayn

7003005 – Dizayn

  • Texniki dizayn
  • Qrafik dizayn

 

İqtisadiyyat və idarəetmə

 

7004003 – Biznesin təşkili və idarəedilməsi (MBA)

  • Ümumi idarəetmə
  • Turizm və hotelçiliyin idarə edilməsi

 

7004005 – İqtisadiyyat

  • İqtisadiyyatın tənzimlənməsi

 

7004006 – Maliyyə

  • Maliyyə nəzarəti və audit

 

7004008 – Menecment

  • İstehsal və əməliyyat menecmenti

 

Təbiət elmləri

 

7005001 – Biologiya

  • Molekulyar biologiya
  • Genetika

 

7005004 – Ekologiya

  • Ətraf mühitin mühafizəsi və bərpası metodları
  • Bioekologiya

 

7005013 – Su bioehtiyatları və akvakultura

  • Akvabioresurslar

İnformasiya texnologiyaları və mühəndislik

 

7006016 – İnformasiya texnologiyaları

İdarəetmədə informasiya sistemləri

 

7006022 – Kompüter mühəndisliyi

  • Kompüter sistemləri və şəbəkələri

 

Turizm və xidmət sahəsi

 

7008004 – Turizm və hotelçilik

  • Beynəlxalq turizm
  • Turizm işi

 

Şöbənin əsas prioritet istiqamətlərindən biri magistrant və doktorantların elmi fəaliyyətə fəal şəkildə cəlb edilməsidir. Təhsilalanlar dissertasiya və elmi-tədqiqat işlərinin hazırlanması prosesində aktual problemlərin araşdırılmasına yönləndirilir, respublika və beynəlxalq elmi konfranslarda iştirak edir, elmi məqalələrin hazırlanması və nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnallarda nəşri istiqamətində dəstəklənirlər.

Xüsusilə, SCOPUS və Web of Science beynəlxalq elmi platformalarının tələblərinə uyğun akademik yazı bacarıqlarının formalaşdırılması, tədqiqat metodologiyası üzrə biliklərin artırılması və elmi kommunikasiya vərdişlərinin inkişaf etdirilməsi şöbənin fəaliyyətində mühüm yer tutur. Bu yanaşma magistrant və doktorantların analitik düşünmə, tədqiqat aparma və elmi yazı kompetensiyalarının inkişafına əhəmiyyətli töhfə verir.

Qərbi Kaspi Universitetinin beynəlmiləlləşmə strategiyası magistratura və doktorantura təhsilində də uğurla həyata keçirilir. Xarici ali təhsil müəssisələri və elmi mərkəzlərlə qurulan əməkdaşlıqlar, birgə layihələr, akademik mübadilə proqramları və beynəlxalq elmi tədbirlər təhsilalanların qlobal akademik mühitə inteqrasiyasını təmin edir və onların beynəlxalq əmək bazarında rəqabət qabiliyyətini artırır.

Şöbə dövlət qurumları, özəl sektor və sənaye nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Magistrantların istehsalat təcrübələrinə, innovasiya və startap layihələrinə cəlb olunması onların praktiki bilik və bacarıqlarının formalaşmasına xidmət edir.

 

Universitetdə fəaliyyət göstərən müasir laboratoriyalar, rəqəmsal təhsil platformaları, elektron resurslarla zəngin kitabxana fondu və innovativ tədris infrastrukturu təhsilalanların peşəkar və elmi inkişafı üçün əlverişli akademik mühit yaradır.

Qərbi Kaspi Universitetinin Magistratura və Doktorantura şöbəsi elmi potensialın gücləndirilməsi, innovativ təhsil texnologiyalarının tətbiqi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və əmək bazarının müasir tələblərinə cavab verən yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm nailiyyətlər əldə etmişdir. Şöbə bu gün ölkənin magistratura və doktorantura təhsil sistemində özünəməxsus mövqeyi, elmi ənənələri və inkişaf strategiyası ilə seçilən aparıcı akademik mərkəzlərdən biri kimi fəaliyyətini uğurla davam etdirir. Magistr və doktorantlarımızdan ölkənin müvafiq dövlət və özəl strukturlarında aparıcı rol oynayan mütəxəssislər, rəhbər vəzifələrdə çalışan peşəkar kadrlar, elm və təhsil sahəsində fəaliyyət göstərən tədqiqatçılar, eləcə də beynəlxalq təşkilatlarda uğurla təmsil olunan məzunlar yetişmişdir. Onların əldə etdikləri nailiyyətlər Qərbi Kaspi Universitetində həyata keçirilən keyfiyyətli təhsil, elmi hazırlıq və praktik yönümlü akademik mühitin real nəticəsi kimi çıxış edir və universitetin cəmiyyətin intellektual potensialının formalaşdırılmasına verdiyi töhfəni bir daha təsdiqləyir.

Doktorantura proqramları

Qərbi Kaspi Universitetində fəlsəfə doktoru hazırlığı müxtəlif elm sahələrini əhatə edən müasir və tədqiqatyönümlü proqramlar əsasında həyata keçirilir. Doktorantura təhsili elmi məktəblərin inkişafına, innovativ tədqiqatların aparılmasına və ölkənin elmi potensialının gücləndirilməsinə xidmət edir.

Universitetdə aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru proqramları həyata keçirilir:

Təbiət elmləri

  • 2426.01 – Ekologiya (elm sahələri üzrə)
  • 3106.01 – Meşəçilik, meşə quruluşu və meşə taksasiyası

Texniki elmlər

  • 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)
  • 3339.01 – İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi

Sənətşünaslıq elmləri

  • 6217.01 – Texniki estetika və dizayn

İqtisad elmləri

  • 5301.01 – Daxili fiskal siyasət və dövlət maliyyəsi
  • 5312.01 – Sahə iqtisadiyyatı

Filologiya elmləri

  • 5706.01 – Azərbaycan dili
  • 5708.01 – German dilləri
  • 5718.01 – Dünya ədəbiyyatı (ingilis, alman, fransız dilləri üzrə)

Siyasi elmlər

  • 5901.01 – Beynəlxalq münasibətlər

Doktorantura proqramları çərçivəsində doktorantların elmi-tədqiqat fəaliyyətinə sistemli dəstək göstərilir, onların beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda məqalələrinin nəşri, beynəlxalq konfrans və simpoziumlarda iştirakı, eləcə də xarici elmi mərkəzlərlə əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Elmi rəhbərlərin yüksək akademik potensialı, universitetin müasir elmi infrastrukturu, rəqəmsal resursları və beynəlxalq əməkdaşlıq əlaqələri doktorantların keyfiyyətli elmi tədqiqatlar aparmasına və müasir elm məkanına inteqrasiyasına əlverişli şərait yaradır.

Əlaqə

Ünvan: Azərbaycan, Bakı, İstiqlaliyyət küçəsi, 31

Telefon: +994 12 492 74 18

E-mail: magistr@wu.edu.az; doktorantura@wu.edu.az