Tyutorlarla iş şöbəsi
Şöbənin yaradılmasında məqsəd və onun funksiyaları universitetdə Bolonya prosesinin təşviqi, kredit sistemi ilə tədrisin təşkili, AKTS-nin (Avropa Kredit Transfer Sistemi) tətbiq edilməsi və tələbələrə kömək göstərilməsi məqsədi ilə fakültələrə (məktəblərə) cəlb olunmuş akademik məsləhətçilərin (tyutorların) sağlam iş mühitinin yaradılmasına və onların iş prosesinin keyfiyyətli təşkil olunmasına nəzarət etməkdir.
Tyutorların vəzifələri:
- bütün müəllimləri və cavabeh olduğu tələbələri tanımalı;
- tələbələrin hüquqlarını və akademik maraqlarını qorumalı;
- tələbələrin hüquq və vəzifələrinin müzakirəsinə, eləcə də Kredit sistemi ilə tədrisin təşkilinin izahına həsr olunmuş mütəmadi görüşlər keçirməli;
- tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim etməli;
- tələbələrin fərdi tədris planlarının tərtibi üçün onlara məsləhətlər verməli;
- tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil etməli və ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planlarının tərtibində iştirak etməli;
- tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərməli;
- yay semestrinin təşkilində iştirak etməli.
Şöbə müdiri
Rəhman Piriyev
E-mail: rehman.piriyev@wcu.edu.az