Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universiteti nüfuzlu onlayn təhsil platforması ilə əməkdaşlığa başlayır - TƏLƏBƏLƏR ÜÇÜN

Qərbi Kaspi Universiteti nüfuzlu onlayn təhsil platforması ilə əməkdaşlığa başlayır - TƏLƏBƏLƏR ÜÇÜN

Qərbi Kaspi Universiteti nüfuzlu onlayn təhsil platforması ilə əməkdaşlığa başlayır - TƏLƏBƏLƏR ÜÇÜN

Qərbi Kaspi Universiteti tələbələrinə yüksək keyfiyyətli onlayn təhsilin təşkili üçün səylərini davam etdirir. Dünyanın ən nüfuzlu onlayn təhsil platformalarından biri olan edX-lə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Razılaşmaya əsasən Qərbi Kaspi Universitetinin tələbələri ABŞ-ın Harvard University, Columbia University və Delft University of Technology və ya məhşur IBM və Amazon şirkətlərinin təqdim etdiyi 138 kursdan ödənişsiz şəkildə yararlana və sertifikat əldə edə bilərlər. Kursların seçilməsində heç bir limit yoxdur, tələbələr istənilən sayda kursa yazıla bilər. Kursları bitirmək üçün son tarix 1 avqust 2021-ci ildir.

Platformaya qoşulmaq istəyən tələbələr ad, soyad, qrup nömrəsi və email ünvanlarını administration_iro@wcu.edu.az hesabına yazaraq müraciət edə bilərlər.