Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələrimiz Coursera platformasından ödənişsiz istifadə bilərlər

Qərbi Kaspi Universiteti və Coursera arasında davam edən əməkdaşlıq nəticəsində tələbələrimiz üçün yaratdığımız daha bir imkanı sizinlə paylaşmaq istəyirik.

İndi Qərbi Kaspi Universitetində təhsil alan hər bir tələbə Coursera platformasında istədiyi bir kursu seçərək, bu kursu başa çatdırmaqla pulsuz sertifikat əldə edə bilər. Təqdim olunan kursların əksəriyyəti ingilis dilində olsa da, kurs materiallarının bir çoxunda türk və rus dillərində altyazılar mövcuddur.

Bu imkandan yararlanmaq üçün adınızı, soyadınızı və ixtisasınızı yazıb administration_iro@wcu.edu.az email ünvanına göndərə bilərsiniz.

Əlavə sualınız yarandığı təqdirdə administration_iro@wcu.edu.az email ünvanına yaza və ya, universitetin beynəlxalq əlaqələr şöbəsinə yaxınlaşa bilərsiniz. (Otaq 214, İstiqlaliyyət 31, Qərbi Kaspi Universitetinin İçərişəhər metrostansiyasının yaxınlığında yerləşən tədris binası)