Qərbi Kaspi Universiteti

Menecerlər üçün sertifikasiya imtahanına hazırlıq proqramı ilə bağlı İNFOSESSİYA

Menecerlər üçün sertifikasiya imtahanına hazırlıq proqramı ilə bağlı İNFOSESSİYA

Qərbi Kaspi Universiteti Amerika Management Assosiasiyasının Avropa fililalı ilə (MCE) əməkdaşlıq çərçivəsində menecerlər üçün sertifikasiya imtahanına hazırlıq proqramı ilə
bağlı infosessiya təşkil edir.


5 may saat 15.00-da keçiriləcək İnfosessiyada AMA Avropa filialının rəhbər şəxsləri tərəfindən iştirakçılara sertifikasiya proqramı ilə bağlı ətraflı məlumat veriləcək və onları
maraqlandıran suallar cavablandırılacaq. 

İnfosessiyada iştirak üçün administration_iro@wcu.edu.az ünvanına müraciət edə bilərsiniz. 

❗MCE
Avropada, Orta Şərqdə və Afrikada öndə gedən təlim və inkişaf təminatçısıdır. MCE təklif etdiyi yüksək kvalifikasiyalı beynəlxalq təlim proqramları və xüsusi təlim metodları sayəsində hər il 1000-dən çox təşkilata və 10.000-dən çox menecerə və liderə öz bacarıqlarını
inkişaf etdirmək imkanı verir. 

Sertifikasiya imtahanına hazırlıq proqramı biliklərinizi və təcrübənizi artıracaq, effektiv və uğurlu menecer olmaq üçün sizi lazımi qabiliyyətlərlə təmin edəcəkdir. İştirakçılar
təlim prosesi zamanı AMA CPM ™ imtahanlarına hazırlıq üçün lazımi resursları əldə edəcək və imtahandan keçmək üçün tələb olunan texnikalara yiyələnəcəklər. 

Sertifikasiya hazırlıq proqramı liderlik, strateji planlaşdırma, idarəetmə, təqdimat bilikləri, dəyişikliyin idarə edilməsi, layihələrin idarə edilməsi, münaqişələrin idarə edilməsi,
kritik düşüncə, verilənlərin idarə olunması və mənimsənilməsi daxil olmaqla bir sıra mövzuları əhatə edəcək. 


Təlimlər intensiv şəkildə onlayn formatda keçiriləcəkdir. 

Təlimlərdə kimlər iştirak edə bilərlər: 

5 il iş təcrübəsi olan bakalavr tələbələri, orta məktəb məzunları, abituriyentlər. 

3 il iş təcrübəsi olan subbakalavrlar 

1 il iş təcrübəsi olan bakalavr pilləsi bitirən şəxslər 

Sertifikasiyanın üstünlükləri: 

Menecerlərin bir çox sahələrdə biliklərini hərtərəfli inkişaf etdirməyə sövq edərək daha böyük karyera uğurları qazandıracaq 

  • Menecerin təşkilat üçün qiymətini və dəyərini artırıracaq 
  • Uğuru stmullaşdıracaq və menecerləri (həm daxili, həm də xarici) sertifikatı olmayan menecerlərdən fərqləndirirəcək 
  • Komanda üzvlərinə rəhbərliyi dəstəkləmək və özlərini daha da inkişaf etdirmək üçün ilham verəcək
  • Təşkilatın gəlirinə müsbət təsir göstərirəcək 
  • İş təcrübəsindən kənar idarəetmə biliklərini artırıracaq