Doktorantura
Doktorantura proqramları
Qərbi Kaspi Universitetində fəlsəfə doktoru hazırlığı müxtəlif elm sahələrini əhatə edən müasir və tədqiqatyönümlü proqramlar əsasında həyata keçirilir. Doktorantura təhsili elmi məktəblərin inkişafına, innovativ tədqiqatların aparılmasına və ölkənin elmi potensialının gücləndirilməsinə xidmət edir.
Universitetdə aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru proqramları həyata keçirilir:
Təbiət elmləri
- 2426.01 – Ekologiya (elm sahələri üzrə)
- 3106.01 – Meşəçilik, meşə quruluşu və meşə taksasiyası
Texniki elmlər
- 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)
- 3339.01 – İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi
Sənətşünaslıq elmləri
- 6217.01 – Texniki estetika və dizayn
İqtisad elmləri
- 5301.01 – Daxili fiskal siyasət və dövlət maliyyəsi
- 5312.01 – Sahə iqtisadiyyatı
Filologiya elmləri
- 5706.01 – Azərbaycan dili
- 5708.01 – German dilləri
- 5718.01 – Dünya ədəbiyyatı (ingilis, alman, fransız dilləri üzrə)
Siyasi elmlər
- 5901.01 – Beynəlxalq münasibətlər
Doktorantura proqramları çərçivəsində doktorantların elmi-tədqiqat fəaliyyətinə sistemli dəstək göstərilir, onların beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda məqalələrinin nəşri, beynəlxalq konfrans və simpoziumlarda iştirakı, eləcə də xarici elmi mərkəzlərlə əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Elmi rəhbərlərin yüksək akademik potensialı, universitetin müasir elmi infrastrukturu, rəqəmsal resursları və beynəlxalq əməkdaşlıq əlaqələri doktorantların keyfiyyətli elmi tədqiqatlar aparmasına və müasir elm məkanına inteqrasiyasına əlverişli şərait yaradır.