Qərbi Kaspi Universiteti

Müəllimlər

Adilə

Adilə  Əsədova

Filologiya və Tərcümə Məktəbi

fil.ü.f.d., dos., Azərbaycan dili və ədəbiyyatı kafedra müdiri

Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Filologiya üzrə fəlsəfə doktoru, dosent. Akademik fəaliyyətinin istiqamətləri: Müasir Azərbaycan dili, Azərbaycan dili və Nitq mədəniyyəti, Dilçiliyə giriş Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Əsədova Adilə Yaqub qızı 17 fevral 1972-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı şəhəri Nəsimi rayonundakı Abdulla Şaiq adına 54 saylı orta ümumitəhsil məktəbinibitirmişdir. Həmin ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1993-cü ildə təhsilini bitirmişdir. 1993-cü ildə Ali Diplomatiya Kollecində saathesabı Azərbaycan dili müəllimi vəzifəsinə qəbul olmuş, 1994-cü ildə Qızıl Aypara Cəmiyyətində Bakı Regional Mərkəzi üzrə informasiya və yayım şöbəsində təlimatçı vəzifəsinə qəbul edilmişdir. 1999-cu ildən Qərb Universitetində müəllim, baş müəllim, kafedra müdiri, dekan vəzifəsində çalışmışdır. 2008-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi adını, 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent adını almışdır. Hazırda Qərbi Kaspi Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müdiridir. Elmi nəşrlər: İsmin halları (ali məktəblərin rus bölmələri üçün metodik göstəriş). Bakı, 2003 Yiyəlik  halın işlənmə formaları. ADPU-nun Xəbərləri, Humanitar və təbiət elmləri seriyası, Bakı, 2004, №4 Azərbaycan dilçiliyində hal kateqoriyasının tədqiqi. Tədqiqlər-3, Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitu, Bakı, Elm,2006 Azərbaycan dilində ismin yiyəlik halının sintaktik mövqeyi. Tədqiqlər-1, Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitu, Bakı, Elm,2006 Azərbaycan dilində ismin təsirlik halı. Filologiya məsələləri N3, Azərbaycan MEA M.Füzuli adına Əlyazmalar İnstitu, Bakı, 2007 Ismin hal kateqoriyasının qrammatik kateqoriyalar sistemində yeri. Tədqiqlər-4, Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitu, Bakı, Elm,2007 Azərbaycan dilində ismin yiyəlik halının tarixən işlənmə formaları. “Ümummilli liderimiz Heydər Əliyevin siyasəti Azərbaycanın gələcəyidir”, Elmi-praktik konfrans, tezislər, Qərb Universiteti, Bakı, 2004 Bir daha qrammatik kateqoriyalar haqqında. Filologiya məsələləri , Elm və Təhsil, Bakı, 2010 Heydər Əliyev Azərbaycan dili haqqında. Elmi xəbərlər, Qərb Universiteti, 2011 Bakı , ADPU-2013 (Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi konfrans) Heydər Əliyev və  Azərbaycan dili. Elmi xəbərlər, Qərb Universiteti, 2015. Azərbaycan dilində qrammatik hallar (elmi monoqrafiya). Bakı, 2009       ”Müasir Azərbaycan dili” kursu üzrə proqram. Bakı, 2005  Tələbələrin Azərbaycan dilinə aid lüğət ehtiyatının zənginləşməsi yolları (metodik göstəriş). Bakı, 2009 Müasir Azərbaycan dilində funksional üslublar (metodik göstəriş). Bakı, 2009 “Müasir Azərbaycan dili” kursu üzrə proqram. Bakı, 2014 Azərbaycan dili və nitq mədəniyyəti kursu üzrə proqram. Bakı, 2016 Azərbaycan dilində feil (metodik göstəriş). Bakı, 2016

Afaq

Afaq  Həsənova

İqtisadiyyat Məktəbi

r.ü.f.d.,dos, Ümumi iqtisadiyyat kafedra müdiri

Menecment və turizm kürsüsünün rəhbəri, dosent, fizika- riyaziyyat elmləri namizədi (riyaziyyat üzrə fəlsəfə doktoru)    Akademik fəaliyyətinin istiqamətləri: Ali riyaziyyat kursunun bütün bölmələri (azərbaycan, rus, ingilis dillərində) Statistika İqtisadiyyat Mikroiqtisadiyyat Makroiqtisadiyyat Beynəlxalq İqtisadi Münasibətlər Maliyyə təhlili (azərbaycan, rus, ingilis dillərində)  Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Afaq Həsənova 15 avqust 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Bakı şəhəri 251 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1987-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1990-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Mexanika və Riyaziyyat İnstitutunun əyani aspiranturasına qəbul olmuşdur. 1995-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Aspiranturada oxuduğu müddətdə ali məktəbdə pedaqoji fəaliyyətə  başlamışdır. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye universiteti) “Ali Riyaziyyat “ kafedrasında çalışmışdır. 1996-cı ildən etibarən Qərbi Kaspi Universitetində “İqtisadiyyat, Marketinq və Menecment” kafedrasında çalışır. Mütəmadi olaraq beynəlxalq layihələrdə iştirak etmişdir. Böyuk Britaniyanın Nottinghem Trent Universitetində, ABŞ-ın İndiana  və Kanzas Universitetitlərində, Turkiyənin Bilgi Universitetində çalışaraq beynəlxalq profesional təcrübə əldə etmişdir. Beynəlxalq diplomlar və sertifikatlarla təltif edilmişdir. Bir sıra elmi işləri, məqalələri və dərs vəsaitləri mövcuddur.  Elmi nəşrlər: 1.“Principles of radiation for Helmholtz equation in n-dimensional layer with impedance boundary conditions”, Turkish Journal of Mathematics, Scientific and Technical Research of Turkey, Turkey,1996 2.”Tətbiqi İqtisadiyyat” ( Junior Achievement), dərslik, Qərb Universiteti, Bakı, 2000 3.“Сборник лекций и задач по операционному и производственному менеджменту”, учебное пособие, Баку, 2014 4. “Oyunlar nəzəriyyəsinin bəzi tətbiqi  yolları”, Elmi Xəbərlər, Qərb Universiteti, Bakı, 2015

Elçin

Elçin  Əliyev

Dizayn Məktəbi

Professor, Sənətşunasılıq üzrə elmlər doktoru; Azərbaycan Memarlar və dizaynerlər İttifaqının üzvü

Azərbaycan Memarlar İttifaqının üzvü Azərbaycan Dizaynerlər İttifaqının üzvü Akademik fəaliyyətinin istiqamətləri: Memarlıq Dizayn Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Elçin Tofiq oğlu Əliyev 1967-ci il sentyabrın 18-də Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildə fərqlənmə diplomu ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakultəsini bitirmişdir. 1987-ci ildə S.V.S.T.- də (Slovakiya Ali Texniki Məktəbi) istehsalat təcrübəsi keçmişdir. 1988-ci ildən Sovet İttifaqının süqutuna qədər Ümumittifaq Gənc Memarlar cəmiyyətinin Zaqafqaziya şöbəsinin Sədri olmuşdur. 1989-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 1994-cü ildən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvüdür. 1998-ci ildə memarlıq üzrə Namizədlik dissertasiyasını müdafiə etmişdir. 2014-cü ildə Doktorluq dissertasiyasını müdafiə etmişdir. Otuz illik professional fəaliyyəti zamanı 70-dən çox memarlıq və dizayner layihələrini yaratmış və həyata keçirtmişdir. E.T.Əliyevin layihələri Rusiya, İran, ABŞ, Türkiyə, Fransa, Almaniya, Gürcüstan kimi ölkələrin müxtəlif mükafatları və diplomları ilə təltif edilmişdir. Dəfələrlə Azərbaycan Memarlar İttifaqı tərəfindən ölkənin ən yaxşı memarı adına layiq görülmüşdür və Azərbaycan Memarlar İttifaqının «Qızıl şərəf nişanı» ilə təltif edilmişdir. Bakıda yerləşən Jen-Mironosits Kafedral Kilsənin bərpası layihəsinə görə Rusiyanın Pravoslav Kilsəsi tərəfindən «Müqəddəs Sergiy Radonejskiy» ordeni ilə mükafatlandırılmışdır. 2016-ci ildə E.T.Əliyevin layihəsi əsasında Zirə kəndində Aydın Qurbanovun xatirəsinə oğlu Səməd Qurbanov tərəfindən Cümə məscidi tikilmişdir. Həmçinin, müxtəlif ölkələrin Memarlar və Dizaynerlər İttifaqlarının, Memarlar İttifaqlarıının Beynəlxalq Assosiasiyasının, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Azərbaycan Mədəniyyət Nazirliyinin və bir çox dövlət, özəl və beynəlxalq təşkilatların diplom, təşəkkürnamə və fəxri fərmanları ilə təltif edilmişdir. 2012-ci ildən 2017-ci ilə qədər Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışıb. 2014-ci ildən Beynəlxalq Memarlar İttifaqının Gənclərlə iş üzrə Komissiyasının üzvüdür. 2015-ci ildən Qərbi Kaspi Universitetində çalışır. Hal-hazırda Bakı Memarlıq Klubunun Prezidenti vəzifəsində çalışır. Memarlıq, dizayn və şəhərsalma sahəsində 14 kitab və 90 elmi məqalənin müəllifidir. E.T.Əliyevin müəllifi olduğu iki nəşr: «Məkanların Astanasında. Bakı tarixini yazan qapılar. 1867-1913» və «Bakı memarlıq abidələrində fasad heykəltəraşlıq nümunələri» Heydər Əliyev Fondu tərəfindən çap olunub. Digər kitab isə, «Konstruktivizm dövrü. XX əsrin 1920-1930-cu illərinin Bakı memarlığı», Azərbaycan Respublikası Prezidentinin sərəncami əsasında Dövlət proqramı çərçivəsində çap olunub.

Sevil

Sevil  Sadıxova

Dizayn Məktəbi

Sənətşünaslıq üzrə elmlər doktoru, Professor

 Professor Sənətşünaslıq üzrə elmlər doktoru Akademik fəaliyyətinin istiqamətləri: “Maddi mədəniyyət və geyim tarixi” fənni üzrə magistr hazırlığı üçün tərtib olunmuş proqram. 2008 “Təsviri sənətin müasir problemləri” fənni üzrə magistr hazırlığı üçün tərtib olunmuş proqram. 2008. “İncəsənətin tarixi və metodologiyası” fənni üzrə magistr hazırlığı üçün tərtib olunmuş proqram. 2008. «Azərbaycan miniatür sənəti” fənni üzrə magistr hazırlığı üçün tərtib olunmuş proqram. 2008. “Ornament tarixi” fənni üzrə bakalavr hazırlığı üçün tərtib olunmuş proqram. 2014. “Qədim dövr incəsənəti və memarlığı” fənni üzrə bakalavr hazırlığı üçün tərtib olunmuş proqram. 2015. “Azərbaycan dekorativ-tətbiqi sənəti” fənni üzrə magistr hazırlığı üçün tərtib olunmuş proqram. 2015. “Təsviri sənətin tarixi və metodologiyası” fənni üzrə magistr hazırlığı üçün tərtib olunmuş proqram. 2015. “Dekorativ-tətbiqi incəsənət tarixi” fənni üzrə bakalavr hazırlığı üçün tərtib olunmuş proqram. 2017. “İncəsənət və dizayn tarixi” fənni üzrə bakalavr hazırlığı üçün tərtib olunmuş proqram. 2017. “İran rəssamlarının yaradıcılığı”. Dərs vəsaiti. Bakı: Ecoprint, 2017. 132 s. “Qədim Şərq incəsənəti”. Dərs vəsaiti. Bakı: Ecoprint, 2017. 144 s. 13. “Qədim yunan-Roma incəsənətinin Avropa mədəniyyətinə təsiri”. Bakı: Ecoprint, 2017. Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Sadıxova Sevil Yusif qızı 1981-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra 1990-cı ilə kimi Azərbaycan Dövlət Teleradio mərkəzində səs operatoru və səs rejissoru vəzifəsində işləmişdir. S.Sadıxova 1986-cı ildən AMEA-nın dissertanturasına qəbul olundu və 1990-cı ildə Tbilisi şəhərində Gürcüstan Respublikasının Elmlər Akademiyasının Q.N.Çubinaşvili ad. Gürcü İncəsənəti Tarixi İnstitutunda “XIV-XVII əsr Azərbaycan miniatür sənəti orta əsr geyim tarixinin mənbəyi kimi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib sənətşünaslıq namizədi, alimlik dərəcəsinə layiq görülmüşdü. Bu dissertasiya 2005-ci ildə monoqrafiya şəklində çap olundu. 1990-cı ildən Azərbaycan MEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Dekorativ-tətbiqi sənət” şöbəsində işə başlayan S.Sadıxova, 1996-ci ildə böyük elmi işçi vəzifəsinə təyin olundu və 2004-ci ildə Azərbaycan Respublikası AAK-ı tərəfindən dosent diplomuna layiq görüldü. Özünü işgüzar, çalışqan, bacarıqlı, bilikli bir tədqiqatçı kimi göstərən S.Sadıxova, elmi işini pedaqoji fəaliyyətlə uğurla uzlaşdırır. O, 1996-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Təsviri sənətin tarixi və nəzəriyyəsi” kafedrasında müəllim, 2000-ci ildən etibarən paralel olaraq Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “İncəsənət tarixi” kafedrasında baş müəllim, 2004-cü ildən isə dosent vəzifəsində çalışmışdır. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1986-1990-cı illərdə o, Bakı şəhəri XIV çağırış Səbail rayonunun deputatı seçilmiş, mədəniyyət üzrə deputat komissiyasının başçısı olmuşdur. 1990-2006-cı illər ərzində AMEA-nın Memarlıq və İncəsənət institutunun “Təsviri və dekorativ-tətbiqi sənətlər” şöbəsinin böyük elmi işçisi vəzifəsində çalışıb. 2004-cü ildə Azərbaycan Respublikası AAK tərəfindən dosent diplomuna layiq görülmüşdür. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Geniş biliyə və dünyagörüşünə malik, daima axtarışda olan tədqiqatçı 1996-cı ildən başladığı “Azərbaycan zərgərlik sənətinin Yaxın və Orta Şərq ölkələri ilə qarşılıqlı əlaqəsi” mövzusunda doktorluq dissertasiyası üzərindəki işi tamamlayıb. Materialın böyük bir hissəsini ilk dəfə olaraq tədqiqat obyektinə çevirən S.Sadıxova, xronoloji ardıcıllığa riayət edərək, Azərbaycan zərgərlik sənətinin tarixi təkamülünü, müxtəlif dövrlərdəki inkişaf səviyyəsini, aparıcı təmayüllərini və əsas üslub cizgilərini aşkar edən, ənənə varisliyini və zaman əlaqələrini, zərgərlik məmulatlarının funksional və estetik rolunu müəyyən edən fundamental iş ərsəyə gətirib. Dissertasiya üzərində işlədiyi müddət ərzində o, 40-a yaxın elmi məqalə və tezislərlə Bakı, İstanbul, Moskva, Daşkənd, Simferopol, Kazan, Astana, Seul şəhərlərində elmi nəşrlərdə çıxış etmiş, Beynəlxalq və Respublika miqyaslı elmi konfrans və simpoziumlarda iştirak etmiş, “XIX əsr Azərbaycan geyimi dekorativ-tətbiqi sənətinin inkişaf səviyyəsinin təcəssümü kimi” (2007), “Azərbaycan zərgərlik sənəti çoxtərəfli mədəni əlaqədələr kontekstində” (2009) adlı monoqrafiyalar çap etdirmişdir. Bundan başqa S.Sadıxova mütəmadi olaraq dövri mətbuatda və televiziyada Azərbaycan incəsənətinin təbliği ilə məşğul olur. 2011-ci ildə “Azərbaycan zərgərlik sənətinin Yaxın və Orta Şərq ölkələri ilə qarşılıqlı əlaqəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. O, 100-ə yaxın elmi məqalə və tezislərlə Bakı, Ankara, İstanbul, Antalya, Alanya, Moskva, Sankt-Peterburq, Daşkənd, Almata, Astana, Tbilisi, Simferopol, Pyatiqorsk, Kursk, Kazan, Varşava, Seul şəhərlərində elmi nəşrlərdə çıxış etmiş, Beynəlxalq və Respublika miqyaslı elmi konfrans və simpoziumlarda 20-dən artıq məruzələrlə iştirak etmişdir. S.Sadıxova mütəmadi olaraq dövri mətbuatda və televiziyada Azərbaycan incəsənətinin təbliği ilə məşğul olur. Təkcə 2014-cü ilin 5 ayı ərzində (yanvar-may) onun Azərbaycan Dövlət Televiziya və Radio verilişləri QSC-in “Mədəniyyət” kanalında dörd çıxışı olub. S.Sadıxova 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin “Sənətşünaslıq” kafedrasının müdiri, 2011-ci ildən bu günə kimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “İncəsənət tarixi” kafedrasının müdiri vəzifəsini, 2011-ci ildən isə kafedranın professoru vəzifəsini icra edir. O, 1 tədris vəsaiti, 3 dərs vəsaiti, 3 metodik vəsait, 15 tədris proqramı hazırlamış, çox sayda metodik vəsaiti və fənn proqramı redaktə etmişdir. S.Sadıxova 2004-cü ildən etibarən ADRA-nın nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının Elmi Seminarının sədri, 2013-cü ildən isə FD.21.191 Dissertasiya Şurasının sədr müavini vəzifəsini icra edir. 2012-ci ildə S.Sadıxova “Ən yaxşı vətənpərvər alim” nominasiyasında Azərbaycan Respublikası “Avropa nəşr mətbuat evi”nin Qızıl medalı və diplomu ilə təltif edilmiş, 2014-cü ildə isə Bakı ş. Nərimanov rayonu icra hakimiyyəti tərəfindən Azərbaycan mədəniyyəti və incəsənətinin fəal təbliğatçısı kimi Fəxri fərmanla təltif olunmuşdu.  Elmi nəşrlər:  “Вариации использования ковровых композиций в декоративном искусстве Азербайджана” // V Международный Симпозиум по азербайджанским коврам: традиции и инновации. Баку, 17–20 октября 2017. “Ювелирное искусство Шуши” // XXI Международная научно-практическая конференция «Мода и дизайн: исторический опыт – новые технологии» (29 мая – 2 июня) – Санкт-Петербург, 2018. “Оригинальное и неповторимое: наследие азербайджанских мастеров” //«Эхо» общественно-политическая газета. 2017. “Головные украшения ювелирного фонда Музея азербайджанского ковра” // Day.az .2017.  “Azərbaycan xalça muzeyinin inciləri”. Bakı: Şərq-Qərb, 2018, 146 s. “Женские головные украшения Азербайджана: формирование и развитие художественной традиции” //«Декоративное искусство». Москва, 2017.

Nailə

Nailə  Quliyeva

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

K.ü.f.d, Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbinin dekanı

Elmi dərəcəsi: kimya üzrə fəlsəfə doktoru         Akademik fəaliyyətinin istiqamətləri: Umumi kimya Qeyri-üzvi kimya Fiziki kimya YMB kimyası Analitik kimya Üzvi kimya Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Quliyeva Nailə Məmmədağa qızı 21 avqust 1976-cı il Bakı şəhərində anadan olmuşdur. 1983-1993-cü illər 39 nömrəli məktəbdə orta təhsil almışdır. 1993-1997-ci illər Bakı Dövlət Universitetinin Kimya fakültəsində bakalavr təhsili almışdır. 1997-1999-cu illər isə burada magistr təhsilini davam etdirmişdir (Elmi işin adı: “Malein anhidridi, stirol və allilfenil efirinin üçlü birgə polimerləşməsinin bəzi xüsusiyyətləri”). 2000-2003 Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Yüksək Molekullu Birləşmələr kimyası kafedrasında aspirant olmuşdur. 2008-cı ildə “Malein anhidridi, stirol və allilfenil efirinin üçlü birgə polimerləşməsi” elmi işini uğurla müdafiə edərək kimya elmləri namizədi adı almışdır. BDU-nin YMB kimyası kafedrasında 2010-15 ci illərdə, 2014-17 ci illərdə isə AR Prezidenti yanında Dövlət İdarəcilik Akademiyası, “Davamli inkişafın planlaşdırılması və idarə edilməsi” kafedrasında müəllim vəzəfəsində çalışmışdır.  Hal-hazırda Qərbi Kaspi Universitetinin Təbiət Elmləri kafedrasının müdiri vəzifəsində çalışır.  Əsas elmi nəşrlər:  Кулиева Н.М. Тройная радикальная сополимеризация малеинового ангидрида, аллилфенилового эфира и стирола. Вестник БГУ. 2000,  N 1, c. 14-18. Кулиева Н.М. Кинетика  тройной радикальной сополимеризации малеинового ангидрида, аллилфенилового эфира и стирола Химия и химическая технология. Иваново, 2004, том 47, вып. 1. Кулиева  Н.М. Получение аллиловых эфиров тройных сополимеров малеинового ангидрида, стирола и аллилфенилового эфира. "Велихановские чтения-9", т. 5, 2004, Кокшетау (Казахстан). Кулиева Н.М. Получение водорастворимых полимеров на основе тройных сополимеров аллиловых эфиров с малеиновым ангидридом и стиролом. BDU Xəbərləri, Təbiət elmləri seriyası, 2004,  N 3, c. 45-50. Патент Азерб. Респ. а 20030060. Эпоксидная композиция. Акперов О.Г., Вердиева Р.Э, Акперов Э.О., Алекперли Н.М. Бюллетень №3, 2004, с. 54. доклады на конференция  Патент Азерб. Респ. Kimya Proqram (bakalavr təhsil pilləsi üçün) Qərbi Kaspi Universiteti Analitik kimya  Proqram (bakalavr təhsil pilləsi üçün) Qərbi Kaspi Universiteti Кулиева Н.М. Региоселективное алкооксииодирование аллиловых эфиров в среде непредельных C3-спиртов   Журнал органической химии, 2020,том 56,№3,стр.484-487 Кулиева Н.М. Сенсоры для анализа окислительно -восстановительных реакций с участием кислорода Beynəlxalq elmi jurnal Humanitar və İctimai Elmlər Üzrə  I Beynəlxalq  Elmi Konfrans   Scholar Azərbaycan, Bakı  24.07. 2020 Кулиева Н.М. Модернизация нефтехимического сектора в азербайджане “Pontokaspi və Qafqaz bölgəsi: Ekosistemlərin birləşməsi və izolyasiyası şəraitində dəyişikliklər, canlıların filogenezi, geologiya, ekologiya və coğrafiyası” Beynəlxalq elmi-praktiki konfrans 27-28 noyabr, 2020, Bakı-Azərbaycan

Rəna

Rəna  Hacıyeva

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

P.ü.f.d. dos., İnformasiya texnologiyaları kafedra müdiri

İnformasiya texnologiyaları kafedrasının müdiri  p.ü.f.d., dos.  Akademik fəaliyyətinin istiqamətləri: İnformatika Veb-proqramlaşdırma Kompüter tərcümə proqramları  Kompüter mühəndisliyin əsasları  Sistem proqram təminatı  Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: 7 yanvar 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur.  1961-1971-ci illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirmişdir. 1971-1990–cı illərdə Bakı Dövlət Universitetinin Hesablama Mərkəzində laborant, mühəndis, böyük mühəndis, 1990-1997-ci illərdə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecində müəllim, baş müəllim, 1997-ci ildən isə Qərbi Kaspi Universitetinin İnformasiya texnologiyaları və maşınlar kafedrasında baş müəllim və dosent vəzifələrində çalışmışdır. 2007-ci ildə “İnformatika fənninin riyaziyyat və fizika ilə əlaqəli tədrisi yolları” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və pedaqogika üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2011-ci ildən Qərbi Kaspi Universitetinin İnformasiya texnologiyaları və maşınlar kafedrasının müdiri vəzifəsində çalışır. 40-a yaxın elmi əsərin, o cümlədən metodik vəsait, dərslik və elmi məqalələrin müəllifidir. Elmi nəşrlər:  Abituriyentlərin və tələbələrin test edilməsi - 1995 Kompüterlə əlaqəli tədrisin bəzi məsələləri - 1996 Proqlaşdırma texnologiyasının kompüterlə əlaqəli tədrisə tətbiqi - 1996 Müasir həyatda kompüter və tədris - 1996  "İnformatika" tədrisi üzrə təcrübə - 1997 Kompüter təhsilində kompüter dəstəyi təlimatı -1997 Fizika məsələlərin həllində kompüterdən istifadə edilməsinin müəyyən xüsusiyyətləri - 1999 "İqtisadi informasiyanın kompüter texnologiyası" kursu proqramı - 1998 İnformatika və hesablama texnikasının əsasları fənninin digər fənlərlə əlaqəli tədrisinin bəzi məsələləri - 1999 "Sistem proqramı" üzrə kurs proqramı- 1999 İnformatika ve hesablama texnikasının əsasları fənninin digər fənlərlə əlaqəli tədrisinin bəzi məsələləri - 2000 "Alqoritmləşdirmə və proqramlaşdırma" üzrə kurs proqramı - 2000 "Proqram paketləri" proqramı - 2000 İnformatika təhsili metodikasında bəzi elementlər - 2001 Şagirdlərin biliklərinin yoxlanılması - 2001 Alqoritmiləşdirmənin əsas elementləri - 2001 Turbo Pascal dilində xətti proseslərin proqramlaşdırılması - 2001 Mövqe məsələlərinin həllində tətbiq olunan üsullar - 2001 İnteraktiv rejimdə şagirdin avtomatlaşdırılmış testi - 2002 VPX proqram kabuğunu istifadə edərək məlumat bazalarının inkişaf etdirilməsi - 2002 ”Kompüter texnikası və proqramlaşdırma” kursu üzrə   proqram - 2003 İnformatikadan 250 test - 2003  Tərsimi həndəsə mövzularının kompüterdə yerinə yetirilməsinin əsas şərtləri - 2003  İnformatika dərslərində iqtisadi məsələlərin həllindən istifadə - 2005  İnformatika və informasiya texnologiyaları fənninin fizika ilə əlaqəli tədrisinə dair - 2006 İnformatika və informasiya texnologiyaları fənninin tədrisində bəhsdaxili, bəhslərarası və bölmələrarası əlaqələrin təşkili - 2006  İnformatika fənni ilə riyaziyyat fənni arasında əlaqənin yaradılması - 2007 Fənlərarası əlaqə təlimdə inteqrasiya proseslərinin ifadəsi kimi - 2007  Tədris prosesində fənlərarası əlaqələrdən istifadəyə dair - 2007 İnteqrasiya proseslərinin tədrisə tətbiqinin bir variantı haqqında - 2008 İnformatika fənni üzrə praktik tapşırıqlarn yerinə yetirilmə yolları - 2009 İnformatika fənninin tədrisində riyaziyyat fənni elementlərin­dən istifadə fənlərarası əlaqə­nin yaradılması üçün bir zəmindir - 2011 İnformatika dərslərində iqtisadi məsələlərin həllindən istifadə - 2012 Maliyyə iqtisadi məsələlərin MS Excel elektron cədvəlində yerinə yetirilməsinin yolları - 2012 İnternet jurnalistikası - 2012 İnformatika fənni üzrə praktik tapşırıqların yerinə yetirilmə yolları - 2013 Maliyyə bazarlarında proqram təminatı ilə həll edilən bəzi məsələlər -2015  Siyahı strukturları - 2015 Proqramlaşdırma dilləri və informatika - 2016 Müasir proqramlaşdırma dilləri - 2016 İnformatika və geoinformatika - 2016 Proqramlaşdırmanın əsasları - 2016 Coğrafi informasiya sistemləri - 2017 Rabitə kanalları və siqnalların işlənməsi - 2017