Qərbi Kaspi Universiteti

Universitet

F.A.Q

Qərbi Kaspi Universitetində hansı ixtisaslara qəbul aparılır?

Qərbi Kaspi Universitetinin qəbul apardığı ixtisasların siyahısı ilə aşağıdakı linkdə tanış olmaq mümkündür: https://wcu.edu.az/az/page/undergraduate-programs

Qeydiyyat üçün lazım olan sənədlər hansılardır?

Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb olunur:


* Attestatın əsli
* Foto şəkil (6 ədəd) (3x4)
* Şəxsiyyət vəsiqəsinin surəti
* Tibbi arayış
* Oğlanlar üçün hərbi arayış və ya hərbi komissarlığın qeyd olunma haqqında şəhadətnamənin surəti
* Təhsil haqqı (50 faiz)
* İş nömrəsi və şifrə

Kimlər pulsuz təhsil ala bilər?

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bötövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar olaraq itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları təhsil haqqının ödənişindən azaddırlar.
Eyni zamanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum hesab olunan tələbələr təhsil haqqının ödənişindən azaddırlar.

Dövlət sifarişli yerlər varmı?

Bəli, bütün ixtisaslar üzrə dövlət sifarişli yerlər də təkilf olunur.

Qərbi Kaspi Univeristetində illik təhsil haqları aşağı salınıb?

Hazırda universitet infrastrukturunun müasirləşdirilməsi üçün əsaslı işlər aparır, maddi-texniki bazanın gücləndirilməsi təmin edilir, yeni binalar və müasir kampusun tikintisi həyata keçirilir. Universitetdə Yüksək Texnologiyalar və Innovativ Mühəndislik fakültəsi və yeni ixtisaslar açılıb. Tələbə sayının ciddi şəkildə artacağını nəzərə alaraq universitet illik təhsil haqlarını aşağı sala bilib.

Hansı yeni ixtisaslar var?

Universitetimizdə yeni ixtisaslar üzrə kadr hazırlığına başlanacaq. Yeni tədris ilindən bakalavr səviyyəsi üzrə “İstehlak mallarının ekspertizası və marketinqi”, “Meşəçilik”, “Yer quruluşu”, “Torpaq və şəhər kadastrı”, “Memarlıq”, “Dövlət və bələdiyyə idarəetməsi”, “Mühasibat uçotu və audit”, “Sənayenin təşkili və idarə olunması”, “Tarix”, “Fəlsəfə” ixtisasları üzrə üçün qəbul aparılacaq.

Universitetdə mühəndislik istiqaməti üzrə də yeni ixtisaslara qəbul elan edilib. Belə ki, növbəti tədris ilindən etibarən “Mexanika mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Mühəndis sistemləri və qurğularının tikintisi mühəndisliyi”, “Cihazqayırma mühəndisliyi”, “Elektronika, telekomunikasiya və radiotexnika mühəndisliyi”, “Mexatronika və robototexnika mühəndisliyi”, “Poliqrafiya mühəndisliyi”, “Sistem mühəndisliyi” və s. ixtisaslaşmalar üzrə də tədris aparılacaq.

Magistratura səviyyəsi üzrə də yeni ixtisaslar yaradılıb. Növbəti tədris ilindən başlayaraq digər istiqamətlərlə yanaşı “Psixologiya” və “Ekologiya” ixtisaları üzrə magistr təhsili almaq istəyənlər də Qərb Universitetini seçə bilərlər.

İllik təhsil haqqını hissə-hissə ödəmək mümkündürmü?

Bəli. İllik təhsil haqqını öncədən razılaşdırılmış qrafik üzrə, hissə-hissə ödənilməsi üçün imkan yaradılır.

2019-cu ildə V ixtisas qrupu üzrə Qərbi Kaspi universitetində hansı ixtisaslar üzrə qəbul aparılacaq?

Universitetimizdə V ixtisas qrupu üzrə dizayn ixtisasına qəbul aparılır.  V qrupu seçən abituriyentlərin qabiliyyət imtahanı da verəcəklər.

Qərbi Kaspi Universiteti tələbələrin xaricdə təhsilinə dəstək verirmi?

Qərbi Kaspi Universiteti bir sıra mübadilə proqramlarının iştirakçısıdır. Universitetin beynəlxalq əməkdaşlqı şəbəkəsi dünyanın 200-dən artıq təhsil müəssisəsini əhatə edir. Bu tərəfdaşlıq layihələri Erasmus+, Mövlanə tələbə mübadilə proqramlarını, magistr kurslarını, müxtəlif formatlı və məzmunlu yay məktəblərini və s. əhatə edir.  Tələbələrimizin xaricdə təhsili üçün maksimal şəkildə dəstək veririk. Bu dəstək həm bir sıra tələbə mübadilə proqramları çərçivəsində, həm də dünyanın 4 aparıcı universiteti ilə birgə həyata keçirdiyimiz ikili diplom layihələri və MBA proqramında üçlü diplom layihəsi (eyni zamanda ikili diplom) çərçivəsində reallaşdırılır.

Keçid balı 150 olan ixtisaslar hansılardır?

Qərbi Kaspi Universitetində 9 ixtisas üzrə 150 bal müsabiqədə iştirak balı kimi qəbul olunub.
Bu ixtisaslar aşağıdakılardır:

I qrup
1. Meşəçilik
2. Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi
3. İstehlak mallarının ekspertizası və marketinqi
4. Poliqrafiya mühəndisliyi

II qrup
1. Marketinq
2. Biznesin idarə edilməsi
3. Regionşünaslıq (regionlar üzrə)
4. Turizm və otelçilik

IV qrup
1. Ekologiya

Bütün ixtisaslar və onların illik haqlarını necə öyrənə bilərəm?

Bütün ixtisaslarımız və onların illik təhsil haqları barədə saytımızda məlumatlar əksini tapır.
https://wcu.edu.az/az/page/undergraduate-programs

Mən texnikumda dövlət hesabına təhsil almışam. Ali məktəbə dövlət hesabına daxil ola bilərəm?

Bəli, sizin ali təhsil müəssisəsində dövlət hesabına təhsil almaq hüququnuz var. Siz yenidən dövlət hesabına orta ixtisas təhsili ala bilməzsiniz.

x