Qərbi Kaspi Universiteti

Elmi tədqiqat

Texnopark

Texnopark Haqqında və Görəcəyi İşlər Barədə Məlumat

Texnopark Nədir?

Texnoparklar universitet, sənaye, araşdırma mərkəzləri, sahibkarlar və bazarlar arasındakı əməkdaşlığı artırmaq, bilik və texnologiya transferini asanlaşdırmaq məqsədilə yüksək əlavə dəyərli tədqiqat və inkişafa söykənən qabaqcıl texnologiyalı məhsul və xidmətlərin istehsalına uyğun infrastruktur, üstqurum və xidmətlər ilə təsir edən təşkilatlardır.  Texnoparkdan əldə edilən texnoloji ixtiralar, araşdırmanın istehsala çatdırıldığı katalitik inkubator mühiti meydana gətirir. Texnoparkdan əldə edilən texnoloji ixtiralar, araşdırmanın istehsala çatdırıldığı katalitik inkubator mühiti meydana gətirir. Texnopark akademik mühitə araşdırmanın kommersiyalaşması üçün bir iş başlatma imkanı verir və olmadan bir çox akademik mənşəli firmaların qurulması qeyri-mümkün olardı.

Biz kimik

Qərbi Kaspi Universiteti Texnoparkı 2017-2018-ci tədris ilinin əvvəlində qurulmuşdur. Texnoparkın yaradılmasının əsas məqsəd universitetin akademik və tələbə heyətinin elmi-təcrübi işlərini həyata keçirtmək, kommersiyalaşdırmaq və cəmiyyətə tövhə verməkdir. Texnopark firmaların elm və texnologiya ilə əlaqədar tələbləri ilə bağlı sahələrdə universitetin araşdırma gündəliyini inkişaf etdirməsi və yenilənməsi üçün müsbət amil olmuşdur. Texnoparkın universitet ilə olan qarşılıqlı əlaqəsi innovasiya qabiliyyətinə müsbət istiqamətdə təsiri təmin etmişdir.

Texnopark fəaliyyətə başladığı gündən etibarən tələbələr arasında təşəbbükarlıq anlayışının təbliği, tələbələrin sosial, biznes və təhsil yönümlü İdeyalarının həyata keçirilməsinə dəstək üçün seminar və təlimlər keçirilmişdir. Texnopark həmçinin bir çox yarışmalara texniki və təşkilatı dəstək verir. Buna missal olaraq Azərbaycanda ilk dəfə keçirilən `Game Jam` hackathon yarışmasına təşkilatı dəstək vermiş və yarışma çərçivəsində tələbələrə 3D oyun hazırlanması sahəsində təlimlər keçirilmişdir.

 

Bizim Siyasətimiz

 Texnoparkın fəaliyyət siyasəti universitet tələbələrinin innovativ təşəbbüskarlıq ideyalarının ortaya çıxarılması, onlara dəstəyin verilməsi və kommersiyalaşdırılmasının təşkilindən ibarətdir. Təklif olunan yeni İdeyaların innovativ məhsula çevirmək bizim əsas hədəflərimizdən biridi. Bunun üçün tələbələrin hər bir ideyası müəllimlər və mütəxəsisslərdən ibarət peşakar komanda ilə bütün aspektlərdə qiymətləndirilir, Bölgələrin dayanıqlı inkişafı üçün Azərbaycanın müxtəlif bölgələrinə bir günlük səfərlər olunur və orda məktəblilərə Universitet və Texnopark barədə məlumatlar verilir. Onlarda STEAM -ə maraq yaratmaqla bölgələrdə təhsilin inkişafına təkab verir.

İnfrastrukturumuz

Texnoparkın geniş infrastrukturu burada istənilən akademik fəaliyyətin yerinə yetirilməsinə şərait yaradır. Bu fəaliyyətlər üçün Universitetin Nərimanovda yerləşən tədris binasında 5 otaq, Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin tədriş binasında 2 otaq, A.R. İqtisadiyyat Nazirliyinin Balaxanı Sənaye Parkında hər biri 288 kv.m olmaqla 2 istehsalat sahəsi (ofislərlə birgə), universitetin Bakı-Sumqayıt şossesində yerləşən 4 hektarlıq ərazidə tələbələrin və akademik heyətinin birgə çalışa və qala biləcəkləri kişik istehsalat ərazisi və 2018-2019-cu il tədris ilində istifadəyə verilən yeni tədris binasında  150 kv.m-lik biznes İnkubator mərkəzi və 600 kv.m-lik mexatronika, robotexnika, mexanika laboratoriya otaqları ayrılmışdır.

 

TexnoPark-ın strukturu

Texnoparkda İdeyanın emalı aşağıdakı mərkəzlərin birgə fəaliyyəti ilə yerinə yetirilir. Hər bir mərhələdə Sizin suallarınızı cavablandıracaq Sizə köməklik edəcək peşəkar məsləhətçilər vardır.

İdeya Bankı

Texnoparkın xidmətlərindən istifadə etmək üçün hər bir şəxs ilk öncə `İdeya Bankı` na müraciət edir. Hər bir müraciətçinin İdeyası qəbul edilir və İdeya bütün aspektlərdən qiymətləndirilir, tətbiq miqyası, innovativliyi, nə qədər praktik əhəmiyyət kəsb etməsi nəzərdən keçirilir. İdeyanın uğurlu realizəsi, perspektivi yüksək dəyərləndirilirsə, təkmilləşdirilməsi üçün məsləhətçi təyin edilir. Bundan sonra Müraciət edən İdeyanın emal üçün Prototip Texniki Mərkəzə yönləndirilir.

Texnoloji Prototip Mərkəz

İdeyanın tətbiqi üçün şəkilləndirilməsi məqsədi ilə onun texnologiyası üzərində işləmək, prototipini formalaşdırmaq zərurəti yaranır. Bunun reallaşdırılması üçün universitetdə Texnoloji Prototip Mərkəzi yaradılıb. Burada mövcud olan metal, taxta, plastik emalatxanalarında qaynaq və lehimləmə işlərini həyata keçirmək mümkündür. Tələbələrimiz bu laboratoriyalarda ideyaya aid olan müvafiq cihazın prototipini (maketini yox, praktik olaraq işlək olan ilk nümunəsini) hazırlamalıdırlar. Bu prototip ideyada  nəzərdə tutulan imkanları tam olaraq nümayiş etdirmək qabiliyyətində olmalıdır. Burada prototipin yaradılması üçün istənilən sahə üzrə mütəxəssis sizə kömək edəcəkdir.

Biznes İnkubator

Biznes İnkubator Mərkəzimizdəki biznes konsultantımız sizin ideyanınzın reallaşması üçün lazım olan biznes strategiyanı hazırlayacaq. Burada təcrübəli mütəxəssislər tələbəyə həmin prototipin istehlak bazarını öyrənməyə, cihazın hansı həcmdə istehsal olunmasının məntiqli olduğunu müəyyən etməyə, hansı qiymətə satıla biləcəyini dəqiqləşdirməyə, potensial istehlakçılarla ilkin danışıqların aparılmasına, istehsal təşkil olunarkən hansı texnoloji makina və dəzgahlara ehtiyac olacağını, makinaların hansı ölkədən alınmalı olduğunu və kapitalın həcmini müəyyən etməyə kömək edirlər, istehsal üçün ən uyğun şirkət formasının seçimi və qeydiyyatında dəstək göstərirlər. Sizin məhsulunuz üçün yerli və ya xarici bazarın daha məqsədə uyğun olması, iqtisadi səmərəliliyi və təlabatı üzrə bütün aspektlərsizə bildiriləcək.

Start-Up mərkəzi

Layihə artıq qeydə alınmış şirkəti, biznes planı, istehsal olunacaq cihazın prototipi və s. biznes detalları hazır şəkildə Startup Mərkəzinə keçir. Sizin ideyanız investorlar üçün tam hazır şəkildə bu müstəvidə təqdim olunacaq. Layihə potensial alıcılara təklif ediləcək və ya köməklik göstəriləcək. Startup Mərkəzində Startup şirkətinin satılması və yaxud istehsal üçün investorun tapılmasına dəstək verilir. Müvafiq istiqamət üzrə maraqlı ola biləcək şirkətlərə, banklara müraciət olunur. Startupın satışı və ya tələbənin pay sahibi kimi saxlanılması şərti ilə investorun cəlbi təmin edilir.

Proqramlarımız

Qərbi Kaspi Universiteti Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi və Texnopark olaraq birlikdə adları aşağıda qeyd olunan klublar yaradılıb və tələbələrin klublarda aktiv fəaliyyəti təmin olunub.

Mexatronika və robotexnika klubu-

LEGO Klubu

Respublika məktəblərində təhsil alan istənilən şagird onlayn formada qeydiyyatdan keçərək Klublara üzv olur və mütəmadi olaraq Qərbi Kaspi Universiteti Texnoparkında yerləşən kluba gələrək robototexnika, mexatronika və elektronika avadanlıqları ilə təcrübi işlər görə bilirlər. Robototexnika Klubu eyni zamanda region məktəblərin oxuyan şagirdləri də nəzərə alaraq mütəmadi olaraq bölgələrə gedərək 1-3 günlük robototexnika təlimləri keçirlər. Hal-hazırda klubun 9 tələbə və 40 məktəbli üzvü vardır.

`Açıq Qapı` günlərində Texnoparkda məktəblilərə seminarlar və təlimlər keçirilib onlara Burada hazırlanan prototiplər nümayiş etdirilmişdir.

Nəaliyyətlərimiz

26 dekabr 2017-ci ildə Qərbi Kaspi Universitetində fəaliyyət göstərən Start-up Layihəsi Təhsil Nazirliyinin həyata keçirdiyi müsabiqədə I yerə layiq görülmüşdür.

 26 aprel 2018-ci ildə ildə  Qərbi Kaspi Universitetinin Texnoparkında işlənən "Parkingapp" layihəsinin ideya müəllifi olan məktəbli Günel Hüseynova Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təltif edilib. Qeyd edək ki, "Parkingapp" layihəsinin ideyası ondan ibarətdir ki, bu sistemin köməkliyi ilə sürücülər həm maşınlarını park etmək üçün yer tapacaq, həm də ödənişi online edərək vaxt itkisindən və yanacaq sərfindən xilas olacaqlar.

24-25 may 2018-ci ildə “ADR 100 – Məktəblilərarasi `Lego xəttizləyən və arduino sərbəst layihələri” Robototexnika olimpiadası keçirilmişdir.

21 may 2018-ci ildə  Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə məktəblilər arasında “Stem Plyus” bilik olimpiadası keçirilib.

15 yanvar 2018-ci ildə  ildə  Qərbi Kaspi Universitetinin təşkilati dəstəyi ilə həyata keçirilən “Game Jam” hackathon müsabiqəsi keçirilmişdir. Yarışma çərçivəsində tələbələrə 3D oyun hazırlanması sahəsində təlimlər keçirilmişdir.

9 dekabr 2018-ci ildə Robototexnika, proqramlaşdırma sahələri üzrə beynəlxalq miqyasda tanınan yarış – `Local Hack Day` da Qərbi Kaspi Universiteti və Bakı Ali Neft Məktəbinin tələbələrindən ibarət “Hack o Holics” komandası robototexnika üzrə lego mindstrom ev3 üzrə qalib olublar. Yarışın əsas tələbi legonu düzgün proqramlaşdırmaq və maneələrdən keçirmək olub.

3-4 mart 2018-ci ildə məktəblərarasında `Lego-Sumo` robotexnika olimpiadası keçirilmişdir.

11 may 2018-ci ildə Türkiyə Respublikasında keçirilən `İcatmakinesi` yarışmasında Universitetin `Vooby` startup layihəsi həvəsləndirici yerə layiq görülmüşdür.

28 dekabr 2018-ci ildə   Qərbi Kaspi Universitetinin tələbələri Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən “İdeya var” gənclərin II Ümumrespublika Elmi-yaradıcılıq müsabiqəsində uğurla çıxış ediblər. Ramil Malıyev “Ağıllı yol”, Nihal Yusifova “İngilis dayə”, Azər Nemanlı “Vooby“ layihələri ilə 25 ən yaxşı iş arasına seçiliblər. Universitetin yüksək texnologiyalar və innovativ mühəndislik məktəbinin tələbəsi Cəbrail Şahbazov və Respublika Olimpiya İdman liseyinin şagirdi Murad Eyvazzadə tərəfindən universitetin texnoparkında işlənən layihə isə (“Tribo –SR1”) ən innovativ layihə kimi qiymətləndirilib və birinci yerə layiq görülüb. Bu layihə "istehsalat texnologiyaları və sənaye infrastrukturu. Canlı sistemlər, nəqliyyat sistemləri" nominasiyası üzrə uğur qazanıb.

14 fevral 2019-cu ildə Qərbi Kaspi Universitetinin tələbəsi Nicat Səfərovun və Qərbi Kaspi Universiteti orta məktəbini şagirdi Edel Tarzumanovanının işlədiyi "Ecomister fish" layihəsi ilə çıxış etmişdir. "Ecomister fish" layihəsi su hövzələrinin ekoloji vəziyyəti haqqında operativ informasiya alınmasını təmin edir. Modelin korpusu 3d printer ilə hazırlanmışdır. Bu süni balıq göstərilən koordinantlara uyğun olaraq su hövzələrini monitorinq edə, həmin sahəni video vasitəsilə ötürə bilir.

Fevralın 28-də iqtisadiyyat nazirliyinin təşkilatçılığı ilə `Startap layihələrinin dəstəklənməsi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda konfrans keçirilib. C.Şahbazov və M.Eyvazzadənin "Xseron" modulunda bütün əməliyyatlar süni intellekt tərəfindən idarə olunur. Radiodalğa ilə idarəedən əlcək 6 təkərli modulu 1000 metrədək məsafədən idarə edə bilir, hər hansı bir istənilən bucaq altında dönə bilir.tərkibində müxtəlif sensorlar var. Alov, temperatur, nəmlik, qaz axını sensorları və s.. A.Nemanlının "Vooby" layihəsi isə insanların heç bir ödəniş etmədən öyrənmək istədiyi dili danışan başqa bir insanla onlayn olaraq qarşılıqlı şəkildə dil öyrənə bilməsini təmin etməyi nəzərdə tutur.

13 aprel 2019-cu ildə Qərbi Kaspi Universiteti məktəblilər arasında lego robototexnika olimpiadası keçirilmişdir.

17 noyabr 2019-cu ildə MDB-yə üzv dövlətlərin gənclərlə iş üzrə şurasının Bakıda keçirilən iclası çərçivəsində “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsinin final mərhələsində Qərbi Kaspi Universitetinin tələbələri Nicat Səfərov və Cəbrayıl Şahbazov sərgidə "Ecomaster fish" layihəsini nümayiş etdiriblər. Layihə sərgi ziyarətçilərinin marağına səbəb olmuşdur.

Azərkosmos və Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi Cansat 2019 müsabiqəsində  universiteti təmsil edən  `Caspian Space` komandası final mərhələsini müvəffəqiyyətlə keçmişdir.

 

x