Qərbi Kaspi Universiteti

Universitet

Haqqımızda

TƏSİSÇİNİN ÖN SÖZÜ

Qərbi Kaspi Universitetinin mahiyyəti, fəaliyyəti, ideoloji və tarixi nailiyyətləri haqqında qısa məlumatı sizə məmnuniyyətlə çatdırmaq istərdik.

Biz 30 illik tarixə malikik, hansı ki, bu onilliklər, hətta əsrlər boyu fəaliyyət göstərən universitetlər ilə müqayisədə çox qısa müddətdir. Lakin bu qısa müddətdə əldə etdiyimiz nəticələr, Qərbi Kaspi Universitetinin parlaq gələcəyinə bizi ruhlandıraraq inam verir. Qərbi Kaspi Universiteti müasir təhsil müəssisəsidir və gələcəkdə bu təhsil ocağının inkişaf etməsi üçün görüləcək çox işlər var.

Biz özümüz üçün müəyyən etdiyimiz məqsədlərə doğru tədricən hərəkət edirik;

Biz fəaliyyətimiz və əlaqələrimizi genişləndirməyə davam edirik;

Biz bütün istiqamətlərdə müsbət dəyişiklik üçün açıq və çevikik;

Biz mütərəqqi və zamanla birgə addım atmağa çalışırıq;

Biz Qərbi Kaspi Universitetinin gələcəyinə optimist yanaşaraq, bütün yeni təşəbbüslərə uğurlara inanırıq.

PROFESSOR HÜSEYN BAĞIROV

Tələbələrin Avropa, ABŞ və dünyanın 
başqa ölkələrinin universitetləri, eləcə də kollec
və özəl məktəblərdə təhsil almaq imkanları

Azərbaycanın ilk özəl ali təhsil müəssisəsi olan Qərb Universitetinin (indiki Qərbi Kaspi Universiteti) əsası 1991-ci ildə qoyulmuşdur. Qərb Universiteti 1992-ci ildən UNESCO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1996-cı ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun, 1999-cu ildən isə Qara Dəniz Ölkələri Universitetlər şəbəkəsinin üzvüdür.

 

  

  

2017-ci ildən universitetimizin adı dəyişdirilərək Qərbi Kaspi Universiteti adlandırılmışdır. Fəaliyyət göstərdiyi illər ərzində ölkənin aparıcı ali təhsil ocaqlarından birinə çevrilən Qərbi Kaspi Universiteti 63 ixtisas üzrə 3000-dək tələbəyə əyani və qiyabi təhsil proqramlarına əsaslanan təhsil verir. Universitetdə 8 fakültə (məktəb), 11 kafedra, 22 kürsü fəaliyyət göstərir. Universitetdə çalışan 152 müəllimdən 27-si elmlər doktoru, professor; 42 nəfəri isə dosentdir. Bir sıra beynəlxalq təhlillərdə Qərbi Kaspi Universiteti, SSRİ-nin süqutundan sonra yeni mühitdə yaranmış ən yaxşı 10 universitetdən biri kimi göstərilmişdir.

2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun və "Atlas” Beynəlxalq Turizm Assosasiyasının üzvü olan Qərbi Kaspi Universiteti tələbələrinin Avropa, ABŞ və dünyanın başqa ölkələrinin universitetləri, eləcə də kollec və özəl məktəblərdə təhsil almaq imkanları var. Xaricdə təhsil layihəsi qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak etmək imkanı yaradır. Hazırda Erasmus + və Mövlanə mübadilə layihələri çərçivəsində universitetin tələbələri Çexiya, Polşa, Latviya, Rumıniya, Türkiyə, Irlandiya kimi ölkələrin aparıcı universitetlərində təhsil ala bilərlər. Qərbi Kaspi Universiteti Böyük Britaniyanın "Koventri və bu ölkənin Sinqapurda yerləşən "London Biznes və Maliyyə Məktəbi”, İsveçrənin UBİS və Çexiyanın NEWTON Universitetləri ilə ikili diplom layihələrini həyata keçirir.

Universitetimiz irqindən, cinsindən, dilindən, milliyyətindən və dinindən asılı olmayaraq, dünyanın hər bir yerindən tələbələri qəbul edir. Əsas və günün tələbi olan fənlər yerli və xarici müəllimlər tərəfindən tədris olunur. 
Qərbi Kaspi Universiteti strukturunun modern universitet strukturuna uyğunlaşması istiqamətində tədbirlər görür. Universitetin infrastrukturunun, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, müxtəlif sahələrlə bağlı müasir, unikal laboratoriyalar yaradılıb, tədris metodikasının yenilənməsi, ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılması üçün ardıcıl iş aparılıb. 

Məqsədimiz multikultural və milli dəyərlərə bağlı, ən müasir texnologiyalar, standartlar əsasında gələcək karyeralarında uğurlar qazanacaq, biznes, idarəçilik və digər istiqamətlər üzrə peşəkar mütəxəssis və liderlik keyfiyyətlərinə malik kadrlar hazırlamaqdır. 

Azərbaycan iki müxtəlif və bir-birinə əks olan Şərq və Qərb mədəniyyətlərinin qovşağında yerləşən ölkədir. Bu da Qərbi Kaspi Universitetində təhsil alan hər bir kəsə Qərb standartlarına uyğun təhsil almaqla yanaşı Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu maraqlı mühitdən zövq almaq imkanı verir.

Biz böyük həvəslə Sizi Qərbi Kaspi Universitetində gözləyirik!

x