Qərbi Kaspi Universiteti

Zəfər Gününə həsr olunan Şahmat turniri keçiriləcək!

Zəfər Gününə həsr olunan Şahmat turniri keçiriləcək!

Qərbi Kaspi Universitetində şahmat turniri keçiriləcək. Mübarizə olimpiya sistemi üzrə aparılacaq. Turnirdə Qərbi Kaspi Universitetinin bütün tələbə və müəllim heyəti iştirak etmək hüququna malikdir.  

Zəfər Gününə həsr olunan turnir tələbələrin asudə vaxtlarının səmərəli keçirilmələri və şahmatın kütləviliyinin artırılması məqsədi daşıyır.  

Qaliblər mükafat və hədiyyələrlə təltif olunacaqlar. Qeydiyyat Auditoriyadan kənar işlər üzrə şöbədə(318-ci otaq, 2 saylı korpus) və ya aşağıda yerləşdirilən link vasitəsilə aparılır. Turnirdə iştirak etmək istəyən tələbələr 20 oktyabr tarixinə qədər müraciət edə bilərlər.

https://forms.gle/P6FPgb5ARka2G7H66