Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Amerikalı tələbələrin iştirakı ilə Yay Məktəbi başlayıb

Amerikalı tələbələrin iştirakı ilə Yay Məktəbi başlayıb

Qərbi Kaspi Universitetində ABŞ-ın Mərkəzi Florida Universiteti ilə birgə amerikalı tələbələrin iştirak etdiyi Yay Məktəbi layihəsi başlayıb.

Layihə çərçivəsində ölkənin bir sıra muzey və mədəniyyət mərkəzlərinə ekskursiyalar daxil olmaqla, Azərbaycan, rus dili və ədəbiyyatı, eləcə də tarixi və mədəniyyətləri ilə bağlı dərslərin, təlimlərin, ekskursiyaların, ayrı-ayrı mütəxəssislərin iştirakı ilə praktik işlərin təşkili nəzərdə tutulub. Layihə 3 həftə davam edəcək.

Yay Məktəbində ABŞ-dan olan 9 tələbə iştirak edir.