Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Əcnəbi tələbələrimiz təltif ediliblər

Əcnəbi tələbələrimiz təltif ediliblər

Əcnəbi tələbələrimiz Camille Gabriella Jackson və Muhammad Khan sertifikatlar ilə təltif olunublar.

Əcnəbi tələbələrimiz Camille Gabriella Jackson və Muhammad Khan 11-17 Mart tarixərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi “Sabahın liderləri: Gənclər sivilizasiyaların toqquşmasına qarşı” adlı XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbində iştirak ediblər. Qış məktəbi Bakı şəhəri ilə yanaşı, Quba və Qusar rayonlarında təşkil olunub.

Tələbələr həmçinin Qırmızı Qəsəbə və Quba Soyqırımı Memorial Kompleksində olub və tarixi faktlarla tanış olublar.

Tələbələrimiz qış məktəbi çərçivəsində “Öz xalqını təqdim et” musiqili axşamlarında öz ölkələrini təqdim ediblər.

Qeyd edək ki, XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbində Türkiyə, Braziliya, Rumıniya, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Bolqarıstan, Yaponiya, Əfqanıstan, Çin, Özbəkistan, Qazaxıstan , Pakistan və Azərbaycandan 20-dən artıq tələbə iştirak edib.