Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Əməkdaşlarımız beynəlxalq vebinarda iştirak edib

Əməkdaşlarımız beynəlxalq vebinarda iştirak edib

Qərbi Kaspi Universitetinin əməkdaşları UNICA-nın EUTOPIA Train ilə birgə təşkil etdiyi “İctimaiyyətə yönəlik elmin maliyyələşdirilməsində uğurlu strategiyalar” (“Successful strategies in applying for citizen science funding”) adlı vebinarda iştirak ediblər.

Vebinarın əsas məqsədi ictimaiyyətə yönəlmiş elmi layihələrə müraciətdə uğurlu strategiyalar barədə ətraflı məlumat verilməsi idi. Ekspert, tədqiqatçı və maliyyə qurumlarının nümayəndələri öz təcrübələrini bölüşüb, strategiyalar təklif ediblər.

Daha sonra iştirakçıları maraqlandıran suallara cavab verilib.