Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

İki komandamız "STEAM Azerbaijan Festival 2022"nin finalında

İki komandamız "STEAM Azerbaijan Festival 2022"nin finalında

SAF (STEAM Azerbaijan Festival) 2022 – Azərbaycan Respublikası Elm və Təshil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində 5-9 dekabr 2022-ci il tarixlərində Baku Expo Mərkəzində keçiriləcək. STEAM Azərbaycan Festivalı 2022 beynəlxalq formatda təşkil olunacaq.
Qərbi Kaspi Universitetinin iki komandası festivalın birinci mərhələsinə qatılmış 138 komanda arasında ən yaxşı 27 komanda sırasına düşərək, finala vəsiqə qazanıb.
Qeyd edək ki, mentorları müəllimlərimiz – Fariz Həsənli və Osman Hacılı olan komandalarımız Hakaton (ali məktəb) kateqoriyasında çıxış edir. Məlumat üçün deyək ki, Hackathon— haker neologizmi, proqramçıların (komandanın) birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir.