Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Magistr məzunumuz Avropa İttifaqının layihəsində iştirak edəcək

Magistr məzunumuz Avropa İttifaqının layihəsində iştirak edəcək

Qərbi Kaspi Universitetinin İsveçrənin UBIS Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom (MBA) proqramının builki məzunu Sona Abdullayeva Avropa Ittifaqının İTACA “Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni magistratura səviyyəsini dəstəkləyən innovativ təlim mərkəzi” (ITACA) qrant layihəsinə çərçivəsində "Environmental Remediation and Sustainable oil and gas extraction" adlı Təkminləşdirmə Kursuna seçilib.
Layihə universitetlər və sənaye sahələri arasında körpü rolunu oynayan yeni təhsil növünü dəstəkləyən Təlim Mərkəzinin dizaynı və qurulmasını təmin edəcək.
Qeyd edək ki, Avropa Ittifaqının İTACA layihəsi çərçivəsində Qərbi Kaspi Universiteti "Azersu" SC ilə birgə tədqiqat işlərinin aparılmasında partnyor universitet kimi fəaliyyət gostərəcək.