Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələrimiz ƏƏSMN və BMT-nin birgə proqramında iştirak edirlər

Qərbi Kaspi Universitetinin İqtisadiyyat və Biznes Məktəbinin tələbələri  - Ərəstun Məmmədov, Söhbət Qasımov və Yavər Ələkbərzadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi əlilliyi olan şəxslərin və  Qarabağ müharibəsinin veteranlarının yaşayış rifahının yaxşılaşdırılması məqsədini daşıyan iki illik proqramda iştirak edirlər.

Tələbələrimiz sosioloji araşdırmada və sorğuların qeydə alınmasında iştirak edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin təşəbbüsü ilə hazırlanmış bu proqram əlilliyi olan şəxslər və müharibə veteranların həyatını yaxşılaşdırmaq üçün əhatəli siyasət irəli sürməyə imkan verəcəkdir. Bu təşəbbüs nəticəsində, əlilliyi olan qadınlar və qızlar, habelə müharibə veteranlarının xüsusi ehtiyacları və potensialları barədə kəmiyyət və keyfiyyət əsaslı məlumatların əlçatanlığı yaxşılaşdırılacaq, əlilliyi olan şəxslərə qarşı qınaq və ayrı-seçkiliyi azaltmaq üçün ictimai düşüncələrin dəyişməsi təşviq ediləcək.