Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universiteti Aerokosmik Agentliyinin Ekologiya İnstitutu ilə əməkdaşlıq edəcək

Qərbi Kaspi Universiteti Aerokosmik Agentliyinin Ekologiya İnstitutu ilə əməkdaşlıq edəcək

Qərbi Kaspi Universiteti Aerokosmik Agentliyinin Ekologiya İnstitutu ilə əməkdaşlıq edəcək

Qərbi Kaspi Universiteti ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Aerokosmik Agentliyinin Ekologiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memoraduma əsasən, tərəflər arasında elm, təhsil, kadr məsələləri ilə yanaşı Xəzər Dənizinin ekoloji problemlərinin həlli baxımından birgə tədqiqat işləri aparılması üçün geniş tərkibdə işçi qrupunun yaradılması, qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulur.
Memorandumun imzalanması mərasimində birgə həyata keçiriləcək layihələrin ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olacağına əminlik ifadə olundu.