Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetində foto müsabiqə

Qərbi Kaspi Universitetində foto müsabiqə

Əziz tələbələr, sizi universitetimizin yeni layihəsi olan “Hər fotoda bir hekayə” müsabiqəsində aktiv iştirak etməyə dəvət edirik. 

Hər ay fərqli mövzuda təşkil olunacaq foto müsabiqənin budəfəki mövzusu “Ekologiya”dır. Ətrafınızda gördüyünüz ekoloji durumu, üstünlükləri və ya problemləri əks etdirən yaradıcı işlərinizi bizə göndərin və ayın qalibi olun! Hər ayın qalib fotosu universitetimizdə sərgilənəcək.

Fotoları media@wcu.edu.az elektron poçt ünvanından bizə göndərərək müsabiqədə iştirak edə bilərsiniz. Son müraciət tarixi 31 oktyabr olaraq müəyyən olunub.