Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələr üçün daha bir seminar təşkil edilib


Qərbi Kaspi Universiteti “İnvest-Az İnvestisiya şirkəti” QSC ilə birgə “Birjada qiymətin düşməsindən necə qazanmaq olar?” mövzusunda onlayn seminar təşkil edib. Onlayn seminarda birjada ticarətin motivləri, maliyyə aktivlərinin qiymətinin qalxması, qiymətlərin düşməsindən mənfəət əldə edilməsi, marjinal ticarət, kredit “çiyni”, analitik təhlil üsulları, BEST İnvestor yanaşması məsələləri nəzərədn keçirilib. 


Seminarı Qərbi Kaspi Universitetinin “Maliyyə və mühasibat” kafedrasının müdiri i.ü.f.d., prof. Pərviz Qurbanov və “İnvest-Az İnvestisiya şirkəti” QSC-nin Tədris üzrə meneceri i.ü.f.d. Rövşən Məmmədov aparıb.