Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələrimiz elmi-tədqiqat gəmisində növbəti istehsalat təcrübəsində olublar

Tələbələrimiz elmi-tədqiqat gəmisində növbəti istehsalat təcrübəsində olublar

Qərbi Kaspi Universitetin "Su bioehtiyatları va akvakultura" ixtisasının tələbələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Əlif Hacıyev" elmi-tədqiqat gəmisində hidrobioloji və fiziki-kimyəvi laboratoriyalarında növbəti istehsalat təcrübəsində olublar.
Tələbələrimiz gəmi şəraitində su və dib çöküntüsü nümunələrinin götürülməsi üsulları, hidrometroloji proseslərin öyrənilməsi, kompleks ekoloji vəziyyətinin qiymətləndirilməsi və gəmidəki mövcud avadanlıqların istifadəsi məsələlərini öyrənib, bioloji resursların tədqiqatı zamanı analizlərin aparılmasında iştirak ediblər.