Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələrimiz Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda

Qərbi Kaspi Universitetinin Texniki və Təbiət Elmləri Məktəbinin tələbələri Kənd Təsərrüfatı Nazirliyinin Quba rayonunda yerləşən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda olublar. 

Tələbələrə müasir texnologiyalar əsasında qurulmuş biotexnologiya laboratoriyasında meyvə bitkilərininin vitro çoxaldılması, bitkilərin adaptasiyası və s. proseslər mərhələli şəkildə izah olunub, onları maraqlandıran suallar cavablandırılıb.